Tuesday, 11.26.2024, 12:33 PM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 20
Guests: 20
Users: 0
Login form
Search
Calendar
«  April 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » April » 9 » Əsəb pozan insan növləri
9:58 PM
Əsəb pozan insan növləri
Əsəb pozan insan növləri
1. Yalnız mən, mən, mən 
Söz onlardan düşəndə yalnız özlərindən danışmaqla qalmayıb, sözünüzü kəsən və sonra şəxsi dərdlərindən danışmağa başlayanlar… Dünyanın onun ətrafında döndüyünü zənn edənlər… 
2. Hər zaman eyni lətifə Daha çox köhnədostlardan çıxar belələri. Bir lətifəyə bir dəfə gülündüi deyə hər görüşəndə eyni lətifəni danışarlar. 
Əsəb pozan insan növləri
3. Telefon "xəstələri"Siz qarşısında dayanıb söhbət edirsiniz, onun gözü isə əlindəki telefondan başqasını görmür. Aydındır ki, Facebook,Twitter mesajlarına baxır amma sırf bunu bildirməmək üçün,guya sizi dinləyirmiş kimi "hı hı" deyərək başını yelləyirlər. 
4. Toxunan insanlar Bir şey izah edərkən qarşısındakına toxunma ehtiyacı hiss edən insan modeli… Oturan vəziyyətdəsinzsə ayaq və diz hissəniz, ayaqüstəsinizsə qol və çiyin hissəniz hədəf olur. 
5. Ərkli insanlarAranızda elə bir yaxınlıq olduğuna ya da bunu etməyə haqqı olduğuna inananlar. Xəbər vermədən evə gəlir, soruşmadan sizin adınıza qərar qəbul edir. Biz sözlə boğmaq istənilən insan tipidir. 
Əsəb pozan insan növləri
6. Yeməyinizdən yeyənlər Sizin qabınızdakı hər vaxt gözlərinə daha ləzzətli görünər. "A hamısını, sənin olsun" deyərsən, istəməzlər. Başqasının yeməyindən bir çəngəl götürmək onlara ayrı bir zövq verir. 
7. Yüksək səslə danışanlar Ehtiyac olmadan qışqıra - qışqıra danışan bir insan modeli. Artıq o səs səviyyəsi onlara normal gəlir. Baş şişirərlər, həyatdan bezdirərlər. Bir də gülməyə başladılarsa, yandınız.
8. Film boşboğazları Kinoda da olar, evdə də… Film izləyərkən davamlı fikir bildirən, tənqid edən, doğulandan tənqidçi insan tipi seyr etdiyinizi burnunuzdan gətirər. 
9. "Başa düşürsən"? Bir şey izah edərkən, bir cümlədə üç dəfə "başa düşürsən?" deyənlər vardır. Sən düz izah etsən başa düşərəm, nolub ki, ağlıma?
11. Tək gün dostları Axşam evdə party var deyincə qaçaraq gələn, cənazəm var dəyincə uzaqlaşandan xeyr gəlməz. Qəribə amma bunun tərsi də cansıxıcıdır. Həyatınızda bir dəfə birlikdə bir şey etmədiyiniz, söhbət edib gülmədiyiniz insan ən pis gündə yanınızda olar. İkisindən də uzaq durmaq lazımdır. 
Əsəb pozan insan növləri
12. İçəndə çox açılanlar Bir qədəh içincə normalda sizə əsla izah etməyəcəyi şeyləri izah edənlər,dərdlərini bölüşənlər. İçmədən söyləməyəcəkləri şeyləri söyləyən insanlar da yaxşı deyil.
13. Hər mövzuda fikiri olanlar Onların ekspertlik sahələri həyatdır, elmdir, sənətdir, səbətdir, hər şeydir. Hər mövzuda çox dəqiq fikirləri, sizinkinə qarşılıq irəli sürəcəkləri bir tezisləri vardır. Çoxusu da mənasız söhbətlərdir onsuzda… 
14. Nəzakətlilik faşizmi Aman Allah,nə qədər nəzakətli, həmişə sizli bizli, hər cümlədə bir ‘üzr istəyirəm'… Belə ultra nəzakətli insanların üsıxıcı, həyatdan bezdirici bir tərəfi var. 
15. Cibində "siçan oynayanlar". Bir yerə gedib yemək yeyərsəniz. Siz nə qədər "Mən ödəyəcəm" deyirsəniz, o da "Çox sağ ol"çudur. Bir dəfə, iki dəfə, üç dəfə olar amma hər görüşəndə belə olmaz axı) 
16. Mahnı oğruları Öz özünüzə bir mahnı zümzümə edərkən birdən yanınızda bitib sizin mahnını zümzümə etməyə başlayanlar. Onsuzda səhnədə filan deyilik, niyə mənlə bir oxuyursan? Özünə başqa bir mahnı tapıb zümzümə edə bilmirsən? 
Əsəb pozan insan növləri
17. Dedi-qoduçular Rahat söhbət etmək qeyri-mümkündür. Çünki söhbətdən anladığı ancaq dedi-qodudur. Kim kimdən ayrıldı, kim kimin arxasınca danışdı, son dəqiqə məlumatları da həmişə ondadır. 
18. Sizin qəzetə göz dikənlər. Əslində sizə bir zərəri yoxdur, oxusun da nolacaq ki. Amma siz oxuyarkən qəzetə gözlərini zilləyənlər insanı qıcıq edir. Qəzeti özünə hədiyyə etsəniz o qədər həvəslə oxumaz heç.
19. Əzbərə danışanlar Bütün hakimlər satılmışdır, sol bitmişdir, şəriət gəlir. Fərqli mövzularda əzbərlədikləri bir iki cümlə vardır, sıravi onları keçərlər. Əzbərlədikləri yalnız cümlə də deyil, o dünyagörüşüdür. Dümdüz, dayaz insanlardır. 
20. Sağlamlıqdan bezdirənlər 
Sağlam bəslənən, hər növ bitkidən, vitamindən, məşq növündən və dietadan xəbərdar olan insanlardır. Bunların hamısı normaldır və razı qalacağımız şeylərdir amma tək adamda toplandığında və həm də həyatın mənası halına gətirildiyində çox pis bir insan ortaya çıxır.

Views: 309 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: