Tuesday, 11.26.2024, 1:37 PM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 7
Guests: 7
Users: 0
Login form
Search
Calendar
«  February 2012  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
26272829
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » February » 9 » Rusiya rəhbərliyinin 10 KQB zabiti
2:51 PM
Rusiya rəhbərliyinin 10 KQB zabiti
Rusiya rəhbərliyinin 10 KQB zabiti

Rusiyanın "Oqonyok" jurnalı keçmiş Sovet kəşfiyyatı KQB-nin ləğvinin 20-ci ildönümü münasibətiylə "Keçmiş kəşfiyyat mənşəli 10 yüksək rütbəli məmur" siyahısını nəşr edib. Siyahının başında Rusiyanın baş naziri Vladimir Putin dayanıb. Baş nazir köməkçiləri İqor Seçin və Sergey İvanov da siyahıya daxil edilib. Siyahıda olan şəxslərin çoxunun Sovet dövründə Putinlə birlikdə kəşfiyyat fəaliyyətlərində işlədiyi bildirilir.


"Oqonyok" jurnalı əvvəl Putindən bəhs edərək, "Putin məktəbdəykən KQB-ni xəyal edirmiş. 18 yaşında oranın qapısını öz istəyi ilə döyüb. Amma götürməydiblər. Xəyalına universiteti bitirdiyi 1975-ci ildə qovuşur. Putin, KQB-də xarici kəşfiyyat podpolkovniki olaraq xidmət edir. Bu rütbəsini Şərqi Almaniyada xarici kəşfiyyat idarəsindəki xidməti zamanı alır. 2000-ci ildə prezidentlik məqamına oturduqdan sonra isə keçmiş silahdaşları Putinin əsas kard ehtiyatını əmələ gətirir.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
İqor Seçin
Baş nazirin ən əsas köməkçisi. 1984-cü ildə Leninqrad Dövlət Universitetini bitirib. "Oqonyok"a görə, KQB xəttiylə Afrikada hərbi tərcüməçi olaraq işləyib. Daha sonra Putinlə tanış olub.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Sergey İvanov
Baş nazir köməkçisi. 2008-ci ildə Putinin xələflərindən biri hesab edilirdi. 1976-cı ildə KQB-də xidmətə başlayıb və general olaraq ayrılıb. Putinlə eyni kəşfiyyat dairəsində işləyib və müvəffəqiyyətlərə imza atıb. Xaricdə işlədikdən sonra isə, rəsmi olaraq daxili kəşfiyyatın (FSB) başçı köməkçisi olub.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Raşid Nurqaliyev
Daxili işlər naziri. 1981-ci ildə KQB-də işə başlayıb. Rusiyaya aid Karelya Respublikası kəşfiyyat dairəsində işləyib, FSB-nin keçmiş rəhbəri Nikolay Patruşevlə və daha sonra Putinlə işləyib.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Sergey Çemezov
Dövlət idarəsi "Rostexnologiya" direktoru. KQB generalı. 1970-ci illərdə kəşfiyyatda işə başlayıb. Daha sonra Almaniyaya göndərilib və Putinlə tanış olaraq dostlaşıb. Hər ikisi də KQB-nin xarici kəşfiyyat şöbəsində işləyib. "Oqonyok"a görə, Putin dostuna himayəçilik edərək, 2004-cü ildə "Rosoboroneksport", daha sonra isə 400-dən çox təşkilatı özündə cəmləşdirən "Rostexnologiya"nın rəhbərliyinə gətirib.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Mixail Fradkov
Xarici Kəşfiyyat İdarəsi SVR-in rəhbəri. Təqaüdçü polkovnik. 1973-cü ildə SSRİ-nin Hindistan səfirliyinə mühəndis kimi vəzifəyə göndərilib. Ötən illərdə də kəşfiyyatla əlaqədar fəaliyyəti olduğu bilinir.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Andrey Belyaninov
Federal Gömrük Xidməti rəhbəri. 1978-ci ildə KQB-də işə başlayıb. Şərq Almaniyadakı vəzifəsi əsnasında Putinlə tanış olub.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Konstantin Romodanovski
Federal Miqrasiya Xidməti (FMS) rəhbəri. General Romodanovski KQB-də agentlərə qarşı mübarizə idarəsində işləyib. 2000-ci ilə qədər kəşfiyyatda xidmət edib.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Vladimir Yandırınin
Dəmir Yolları İdarəsi (RJD) rəhbəri. KQB İnstitutunu bitirib. 1990-cı illərdə Putinlə tanış olub.

Rusiya rəhbərliyinin 10 KQB zabiti
Nikolay Tokarev
Dövlət neft şirkəti "Rosneft"in rəhbəri. 1980-ci illərdə Putinlə Şərqi Almaniyada xarici kəşfiyyatda birlikdə işləyib. Təqaüdçü FSB generalıdır.
Views: 6194 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 1
1 Ardis Lessly  
0
Woodrow Avena
Loren Colopy
Coleman Maciarello
why they are so famous, why is that possible?.?

Name *:
Email *:
Code *: