Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Statistics
Total online: 6
Guests: 6
Users: 0
Search
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Entries archive
Site friends
Website existence
Main » 2012 February 10 » Ömrümüzün sonuna 1 gün qalarsa
6:18 PM Ömrümüzün sonuna 1 gün qalarsa | |
Əgər bir gün ölüm mələyi Hz. Əzrail qapınızı döysə və; "Ey insan! Ömrünün sonuna 1 gün qaldı! Rəbbinin hüzuruna çıxmağa hazırlaş!” deyə sizə nida etsə, nə edərdiz? Son 24 saatınızı necə keçirərdiz? Ömür kitabınızın son səhifəsini necə yazardız? sofiya Həyatımın son 1günü, nə qədər çətin söz. Mən bu həftə nə edəcəklərim haqqında düşünərkən artıq Əzrayıl qapımda idi. İlk dəfə idi ki, bir qonağın gəlişinə sevinmədim,ona xoş gəlmisən demədim.Mənim "Ölüm Mələyim" nə təz gəldin, niyə geldin soruşa da bilmədim. Sadəcə donub yerimdə qalmışdım. Öz-özümə fikirləşdim niyə belə tez? bəlkə mən Alllahın sevimli bəndəsiyəm, bəlkə O, mənim daha cox yaşıyıb kimləri isə incitəyimi istəmir, bəlkə mənim sevdiklərimdən qabaq alır canımı ki, onların ölümünü görüb üzülmüyüm. Fikirlər beynimdə dolanırkən Əzrayıla yalvarıcı baxışlarla baxırdım bəlkə bir insafa gələ mənə heç olmasa, 1-cə saat verə yaxınlarımla vidalaşım. Baxdım mənim Mələyimin üzünə. Gözlərimdən yaşlar süzülürdü.Deyesən son istəyimi anlamışdı . -Sənə sadəcə 24 saat verirəm sevdiklərinlə görüşmək üçün. Vaxt getdi-dedi Mən ilk əvvəl anamla görüşmək istədim. Necə deyim axı ? Ana, men gedirem, salamat qal, onun üzülməyini heç vaxt istəmərəm. Oturduq saatlarca söhbət etdik. Vaxt getdikcə azalırdı. Sual verdim məndən narazısan? -Hə, heç nə eləmirsən. Çox tənbəlsən- dedi mənə. güldüm, -Bagışla dedim, qucaqladim onu, gözümdən qeyri-ixtiyari yaş süzüldü -Ana mən həyatı cox sevirəm dedim. Dözə bilmədim, qəhər boğurdu məni. -Ana, mən bu həyatı cox sevdim ,amma Sənin qədər deyil dedim Sonra atamla, qardaşımla hamısı ilə görüşdüm. Onları mən çox istəyirəm. Bütün günümü onlarla keçirtdim geriye sadəcə 1 saatım qaldı, saniyələr gedir, dayandıra bilmirəm, əlimdə deyil. Ölümlə həyatın arasındakı son anlarimi yaşayıram. Çıxdım çölə. Hava soyuq, gecə qaranlıq, Göydə ulduzlar yanır. Əyildim torpağa tərəf -Torpaq, səni çox sevdim .Amma cismimi sənə təslim edəcək qədər deyil, Səmaya baxdım, -Ey Səma ,səni cox sevdim, amma ruhumu sənə təslim edəcək qədər deyil, -Ey Ulduz, səni cox sevdim, bütün ulduzlardan seçdim səni, mənimsən dedim, hələ qarşıda səni görəcəyim cox gecələr olacaq. Səni də sevdim, amma 1 gün ordan axıb da ömrümün sonunu göstərəcəksən deye deyil, -Ey qaranlıq gecə, Səni sevdim . Amma hər açılan səhər qədər deyil. -Ey Ölüm, səni heç sevmədim, Məni 1 gün özünlə aparacaqsan deyə. Onlarla da vidalaşdım. Mix.azlılar-la da vidalaşmaq istədim. Onları həyatda görməmişəm , tanımıram , amma hər 1-inin ayrılıqda yaxşı insanlar olduğunu fikirləşirəm. 23.59.20.Həyat, sən ne şirinsən kim səndən doydu getdi gedenlər bu dünya da ................ -Artiq vaxtdi. -Mənim Ölüm Mələyim . Ölümdən qorxmuram deyirdim. Məni belə tez tapacağını düşünmürdüm. Yalan demişəm mən ölümdən qorxurmuşam. Əlvida həyat. Bu da mənim Həyatımın son səhifəsi. Ömür Kitabımın səhifələri nə qədər də az imiş. Mary Max İlk öncə qəza namazım qalıbsa əgər onu qılardım. Sonra bütün sevdiklərimi ətrafıma toplayardım, halallıq alardım , qəlbini qırdığım insan varsa üzr istəyərdim. Vaxt çatdıqda isə son sözlərim : " Üç, Yeddi olacaq, cümə axşamları olmayacaq, bığ-saqqal saxlamaq məcbur döüllll. Battery Low mən qaçdım. Aska_5 Əslində eləmək istəyibdə, eləyə bilmədiyim çox şey var həyatda. Ama Əzrayıl gözləmədiyim bir vaxtda gəlsə, yəni zamansız, inanmıram 24 saat ərzində bunları yerinə yetirə biləm... Bir tərəfdən də fikirləşirəm ki ölüm qorxusu, (yəni həyəcanı) içində nə edə bilərəm ki? Ama hər halda o son günümü sevdiklərimin ətrafında, əylənərək, istədiyim hər şeyi edərək keçirərəm. Və sonra da hamıyla bir-bir vidalaşıb halallıq istəyərəm. Və əbədi dünyaya, Rəbbimə qovuşaram... KenaNik Allahın hüzuruna çıxacamsa mənə verilən 1 günü yox 15 dəqiqə vaxt istəyərdim öz cənazə namazımı qılmaq üçün. R.N.T Ölüm haqq əməlidir... Bir gün hamı Allahın dərgahına gedəcək amma pis çıxmasın mən hələ ölmək istəmirəm.Ona görə yox ki pis əməllərim var.Ona görə ki,hələ Allah qarşısında borcumu yerinə yetirməmişəm... Eger belə bir şey olsa mən bütün günümü balacama həsr edərəm... Qoy ömrümün son səhifəsinə Oğlum yazılsın!!! RoMeO__BeZ__JulieTTa Düşünmək belə mənə çətin gəlir. Bilirəm ölüm haqdır hərkəs üçündür. son 24 saatda ediləcək yaxşılıqlar heçbir şeyi dəyişdirməyəcəyini bilib bol dua edib səbr diləyərdim. TARKANFAN Əksər insanlarda belə bir xüsusiyyət var, çox vaxt çətin və dara düşdükdə Allahı xatırlayır və Ondan kömək diləyirlər. Elə özümü də hardasa o insanlardan sayıram. Əgər ömrümün sonuna 24 saatın qaldığını bilsəm, yəqin ki, o günün hər bir dəqiqəsini dua etməklə keçirərəm. matematik Əgər belə bir xəbərdarlıq alaramsa həm sevinərəm, həm də kədərlənərəm. Sevinərəm ona görə ki, Rəbbimin hüzuruna çıxacam, heç olmasa, nurlu siması olan peyğəmbərimizi (s.a.s.) və əhli beytini görəcəm. Kədərlənəcəm ona görə ki, müvəqqəti olaraq öz sevdiklərimdən ayrılacam. Bu ayrılıq məni incitsə də öz dualarımda yalvararam ki, cismim olmasa da ruhum ailəmin yanında olsun, sonra da tezliklə Rəbbimizin hüzurunda qovuşaq, AMİN! 24 saatımı sadəcə fikirlərlə və dualarla, ailəmlə keçirərdim. VİLESH Mənə yaxın olan hər kəslə görüşüb sagollaşıb halallıg alardım...kimdə nə haqqım varsa halal etsin deyərdim...vəsevdiklərimin yanında olardım..... mix dominant "Omrümə 1 gün qalsa idi ən birinci anamı qucaqlayardım,onun gözəl ətrini içimə çəkərdim..Sonra atamla vidalaşardım onun ərköyün, şıltaq qızı bir daha həyatda olmayacaq deyərdim. qardaşımla və bütün qohumlarla vidalaşardım, arxamca ağlamamaqlarını deyərdim.bütün sevdiklərimdən halallıq alardım. pis yaxşı günümdə hər zaman yanımda olan dostlarımla vidalaşıb halallıq alardım..və bu da SON..sonda öz otağıma keçərdim, bir yandan ağlayardım ki, sevdiklərimdən ayrılıram amma bir yandan sevinərdim ki, əbədiyyətə qovuşuram..dua edərdim çoxlu son günümdə günahlarımın bağışlanilması üçün, tövbə edərdim və ölümü gözləyərdim..." Red cheek Əslində bunu bilsəydim reallıq olaraq, nə edəcəyimi belə düşünə bilməzdim...İnanmıram ki o an kimsə nəsə haqda düşünməyə macal tapsın...Bəlkə də evdə qalaraq saatın əqrəblərini müşahidə etməklə kifayətlənərdim... PshikoPaTKa Mən ömrüm boyu çalışmışamki yaxşı insan olmağı bacarım.. Artıq 8 ilə yaxıdır ki çalışdığım qədər ibadətlə məşğuı olmuşam.. Və bəzi insanlar kimi ömrümün son günü olduğu üçün ibadətlə məşğul olmaq deyil, ailəmlə birlikdə keçirmək və dünya turuna çıxmaq istərdim(1 günə nə qədər gəzə biləriksə ).. Ömrümün son gününü ailəmlə birgə keçirərdim... NİCE_BUTTERFLY Ğüfeylə namazını öyrənib qılardım=)) Çünki o namaz hər adama qismət olmur qılmaq. O namaz ən böyük günahları belə bağışlayır. Bir də ölüm qorxusu cana gələndə can hər şey edər. Kərbəla hadisəsindən sonra Yezid imam Səccadın yanına gəlir Ğüfeylə namazını öyrənmək istəyir imam onu öyrədir amma heç vaxt qismət olmur Yezidə o namazı qılmaq. Allah bizə qismət eləsin. Ən azından Əhli beyt düşməni deyilik buna xatir Amin Neyna Əvvəla cənab Əzrailə bir neçə sual verərdim və Rəbbimin hüzuruna məmnuniyyətlə gedəcəyimi bildirərdim. "Hazırlaş" dediyində isə, kiminsə ölümə hazırlaşaraq getməsini düşünmürəm. Günahlarım, savablarım çiynimdə gedərəm. 24 saat ərzində ailəmdən ayrılmazdım, çoxluuuu söhbət edərdim, əsas Anamla. Onları ölümümə hazırlayardım, "Mənim üçün çox göz yaşı tökməyin" deyərdim.Sevdiyimə nehayət ki, heçnədən və heçkimdən qorxmadan "Məndə Səni Sevirəm" deyərdim. Və sonda nə yalanım olubsa, etiraf edib hamıdan halallıq alardım. Kitabın son səhifəsini yazmaq mənə düşməz. _Raining_ Sevinərdim..Həmişəkindən daha çox Allahıma dua edərdim..Ona layiqli bəndə olmaq dilərdim..Və Rəbbimə,sevdiyimə qovuşmaq üçün yalvarardım.. PRiNS_OF_BaKu 24 saatım qalsa ..Sevdiklərimlə bərəbər keçirdərəm ..Çünki dəsəmki həmin gün əlimdən gəldiyi qədər yaxşılıq edərəm desəm pis çıxar çünki bu yaşadığım vaxt nə yaxşılıq etmişəm o saylar ölürsən deyə yaxşılıq edib savab qazanmaq bir az birtəhər gəlir mənə.. Həə əsasda dua edərəm ki bu 24 saatda heç olmasa 1 dəq kimisə sevim gedim bu dünyadan... loving_life Əvvəlcə onu qeyd edim ki, hələ "qul" vəzifəmi tam yerinə yetirməmişəm. Allahın hüzurüna çıxmağa hazır deyiləm...Amma belə bir vəziyyət alınarsa və bir gün vaxtım olduğu söylənərsə...artıq deməli gecikmişəm və ibadətsiz də olsa getməyə məcburam...24 saat bağışlanmağım üçün Allaha dua edib içimdən yalvarardım...bir də bacardığım qədər doğmalarımın yanında olardım.ən çox da anamdan biran belə uzaq qalmazdım....həmişə Allaha yalvarıram ki "anamdan əvvəl mənim canımı al"...amma indi bu suala cavab yazanda heç bir gedişin, ayrılığın bir-birindən fərqi olmadığını anladım.təsəvvür elədikcə əvvəl ya sonra hər iki hal dəhşətdir...dözülməzdir... mənə verilən 24 saatımı ancaq dua və Allaha yalvarmaqla keçirərdim.gecə yatmayıb o ana qədər yaşadığım ömrü bir film kimi gözümünün önündən keçirərdim.və həyatımdakı "kaş ki" ləri azaltmaq üçün "kaş ki daha çox şansım olsaydı deyərdim"...amma o an gəldiyində hər şey üçün gec olacaqdı... P.s inşallah Allah mənə hələ şans verər hüzuruna çıxası üzüm olar...)) Menim_gozel_alibim Nazik vərəqlərdən və nimdaş vəziyyətdəki ömür kitabımı axırıncı səhifəsinı belə doldurardım. Həmin 24 saatı anamın məzarına gedib,ona şad xəbəri verərdim ki,"Yanına gəlirəm,Ana." Qalan yerləri isə boş saxlayardım _Unikalnaya_ Çoxlu namaz qılardım. Müstəhəb oruc tutardım. Kasıblara əl tutardım. Əslində bunu həmişə edirəm amma o zaman daha bir fərqli olar. Birdə son nəfəsimdə sevdiyim insanın əlindən tutaraq ölmək istərdim... kenzo_kent Həyatımın son 24 saatını anamın yaninda kecirərəm.Onun borcunu heç cür qaytara bilmərəm,dizini qucaqlayıb halallıq istəyərəm. Allahımdan anama cənnətin ən gözel guşəsində yer ayırmagını istərəm,məndən eybi yox. menim üçün ən dəyərli insan anamdı ona görə həyat kitabımın son səhifəsinə ANAmı yazaram. son nefesimi onun yaninda vererdim. mence her kes bunu arzulayar. "Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizə yetişər.".. Nisa surəsi -78 "Ləzzətləri acılaşdıran ölümü tez-tez yada salın"... Hədisi-şərif ALLAH HAMINIZA UZUN ÖMÜR, CAN SAĞLIĞI VERSİN! HƏR BİRİNİZƏ, SEVDİKLƏRİNİZLƏ BİRLİKDƏ XOŞ VƏ MƏNALI ÖMÜR ARZULAYIRAM! | |
|
Total comments: 0 | |