Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Statistics
Total online: 19
Guests: 19
Users: 0
Search
Calendar
« November 2012 » | ||||||
Su | Mo | Tu | We | Th | Fr | Sa |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Entries archive
Site friends
Website existence
Main » 2012 November 12 » Hədislər
0:06 AM Hədislər | |
Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan ALLAH yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.” Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla ALLAH yolunda tökülən qan damlasından əziz deyil.” İmam Sadiq (ə) buyurur: "Hər kəs ALLAH yolunda öldürülsə, ALLAH-Təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar). İmam Sadiq (ə) buyurur: "Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, ALLAH-Təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.” İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.” İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır: 1. Öz əməlini böyük saymaq; 2. Öz günahını yaddan çıxarmaq; 3. Öz rəyindən xoşu gəlmək.” İmam Sadiq (ə) buyurur: "ALLAH-Təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.” İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.” Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, ALLAH yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.” Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.” Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.” Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.” Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.” Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.” Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?” Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun. Həzrət Məhəmməd (s)buyurur:"Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya,həm də axirət işləriilə məşğul olmalıdır.” Həzrət Məhəmməd (s) buyurur:"Dünyada hamıdan tox olan,qiyamətdə hamıdan ac olacaq.” Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.” Həzrət Məhəmməd (s) buyurur:"Dünya mö`minin zindanı, kafirinsə behiştidir.” İmam Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin. İmam Sadiq əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.) İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar. İmam Baqir əleyhissalam buyurur: Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir: Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın. İmam Əli əleyhissalam buyurur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi heç vaxt başını səcdədən götürməzdi. İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah xatirinə sevsə, Allah xatirinə nifrət eləsə və Allah xatirinə əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır. | |
|
Total comments: 0 | |