Tuesday, 11.26.2024, 1:47 PM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 4
Guests: 4
Users: 0
Login form
Search
Calendar
«  January 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » January » 15 » Erməni mətbuatının "Eurovision" arzuları puç olur
9:24 PM
Erməni mətbuatının "Eurovision" arzuları puç olur
                                     Azərbaycanın "Eurovision 2011" Mahnı Müsabiqəsindəki qələbəsi erməni mediyasını qıcıqlandırmaqda davam edir. ANS PRESS-in məlumatına görə, Ermənistan və Qərb mətbuatının bəzi erməniyönümlü təmsilçiləri bir sıra ölkələrin Azərbaycanda keçiriləcək "Eurovision-2012” Mahnı Müsabiqəsində iştirakdan imtina etməsi barədə yalan məlumatlar yayır. Sözügedən yazılarda hətta "Eurovision 2012"nin Bakıda baş tutmayacağı ehtimal edilir. Onlar bunu bir çox ölkələrin müəyyən səbəblər üzündən müsabiqədən imtina etməsi ilə əsaslandırırlar.

Bu ilin 22, 24, 26 may tarixlərində Bakıda keçiriləcək 57-ci "Eurovision” müsabiqəsində iştirak edəcək ölkələrin tam siyahısı yanvarın sonunda məlum olsa da, ermənilər özlərinin istədiyi proqnozu verirlər. Əslində isə ölkələrin çoxu "Eurovision 2012” Mahnı Müsabiqəsində iştirak edəcək təmsilçisini artıq müəyyənləşdirib. Həmin ölkələrdə aparılan təmsilçi seçimləri və hazırlıqlar erməni mətbuatının yazdıqlarının təxribat xarakterli olduğunu sübut edir.

Bakıda keçiriləcək "Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Qərb mətbuatında aparılan qarayaxma kampaniyası Avropa Yayım Birliyini də bərk narahat edib. EBU məsələ ilə bağlı Cenevrədə keçirdiyi toplantıda "Eurovsion-2012” müsabiqəsinə hazırlıq işləri ilə yanaşı, mediada müsabiqə ilə əlaqədar yer alan xəbərlər də müzakirə olunub. İştirakçılar müsabiqənin keçiriləcəyi binanın inşası, viza, təhlükəsizlik, koordinasiya kimi məsələlərlə bağlı problem olmadığını vurğulayıblar. Toplantıda iştirak edən bəzi EBU üzvləri son vaxtlar bəzi media orqanlarında müsabiqənin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini dilə gətiriblər. Bakıda aparılan inşaat işlərinin "Eurovision”la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğu bildirilib.

Bir sözlə, ermənilərin təxribat xarakterli yazıları əsassız olsa da, ürək bulandırır. Bu səbəbdən də cavab vermək məcburiyyətindəyik. Ənənəyə uyğun olaraq bu il də yanvarın sonunda Azərbaycanda keçiriləcək müsabiqədə iştirak edəcək ölkələrin siyahısı Avropa Yayımları Birliyi tərəfindən təsdiqlənəcək və daha sonra ictimaiyyətə məlumat veriləcək.

İştirakı gözlənilər ölkələrin çoxu artıq öz təmsilçilərini seçiblər, digərlərində isə seçim turları hələ davam edir. Erməni mətbuatının Bakıdakı müsabiqədə iştirakdan imtina etdiyini yazdığı ölkələr İslandiya, Norveç, Almaniya və Danimarka milli seçimləri başa çatdırmaq üzrədir, Belçika isə artıq təmsilçisini seçib. Bakıda keçiriləcək "Eurovision-2012” mahnı müsabiqəsində Belçikanın milli yayımçısı olan EEN telekanalı təmsilçinin adını bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Belçikanı 57-ci "Eurovision” mahnı müsabiqəsində 16 yaşlı Laura van den Bruel (İris) təmsil edəcək.

Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012” mahnı müsabiqəsində Polşanın iştirakı gözlənilmir. Təmsilçilərinin ötən illərdə göstərdiyi nəticələr ürəkaçan olmadığından Polşa növbəti il müsabiqədə iştirak etmək istəmir. Amma bu, son qərar deyil və Polşanın müsabiqə üzrə yayımçı şirkəti yaxın gələcək üçün qəti qərarını açıqlayacaq.

2010-cu və 2011-ci ildə "Eurovision”da iştirak etməyən Çexiya müsabiqəyə məhz Bakıda keçiriləcək ildə qayıtmağa qərar verib.

Ermənistanın özünün isə Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012”də iştirakı sual altında qalır. Bunun səbəbi Ermənistanın müsabiqə üzrə nümayəndə heyətinin Avropa Yayım Birliyindən (EBU) təhlükəsizliyinin təminatı ilə bağlı tam zəmanət ala bilməməsidir.

Qeyd edək ki, Avropa Yayım İttifaqına üzv olan hər bir ölkə (hətta Avropadan kənar olsa belə) müsabiqədə iştirak etmək hüququna malikdir. Belə ölkə kimi İsraili və Mərakeşi misal çəkmək olar. Sonuncu 1980-ci ildə müsabiqədə iştirak edib.

Eurovision musabiqəsində müxtəlif illərdə iştirak edən 51 ölkə: Azərbaycan, Avstriya, Almaniya, Albaniya, Andorra, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Gürcüstan, Ermənistan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Luksemburq, Makedoniya, Malta, Mərakeş, Moldova, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Çernoqoriya, Çexiya, İsveç, İsveçrə, Estoniya.

2011-ci ildə müsabiqədə 43 ölkə iştirak edib:
Azərbaycan, Almaniya, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Gürcüstan, Yunanıstan, Ermənistan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, Kipr, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, Estoniya, Avstriya, İtaliya, Slovakiya, San Marino, Macaristan.

Həmçinin yeddi ölkə müsabiqədə iştirak etmə hüququna malik olsa da, heç vaxt iştirak ərizələrini verməyib. Bunlar İordaniya, Livan, Əlcəzair, Misir, Liviya və Tunisdir. 2005-ci ildə Livan iştirak üçün ərizə versə də, sonradan geri götürüb. 2008-ci ildə Azərbaycan və San-Marino Belqradda keçirilən müsabiqədə ilk dəfə iştirak edib.

Müsabiqədə hələlik iştirak etməyən Avropa ölkələri: Lixtenşteyn, Men Adası, Farer adaları, Qrenlandiya, Vatikan.

Əvvəl müsabiqədə iştirak etmiş, ancaq hal-hazırda iştirak etməyən ölkələr: Lüksemburq, Monako, Mərakeş, Çexiya, Çernoqoriya və Andorra.
Views: 289 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: