Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Statistics
Total online: 20
Guests: 20
Users: 0
Search
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Entries archive
Site friends
Website existence
Main » 2011 November 28 » Çətinliyin sirri
11:36 PM Çətinliyin sirri | |
Hər çətinliyə dözə bilməyin sirri Həyat gəmisinə minib yol gedirik. Sayı məlum günlər başa çatanadək bu yolçuluğumuz davam edəcək. Hərdən elə olur ki, həyat dözülməz hal alır, təngnəfəs oluruq, burnumuzdan belə, zorla nəfəs ala bilirik. Alınmadı... Min yol ayaq döydün, qapılarda süründün, üzünün rəngi döydüyün qapılar kimi bozardı, nimdaş oldu, min çarə bilirdinsə, minini də işə saldın, olmadı... Başın ovcunda, gözlərin məchul bir nöqtədə olub-keçənləri düşünürsən... Harada xəta elədin axı? Nə qədər çarə bilirdinsə, hamısını bir-bir sınaqdan keçirdin, olmadı. Özünü qınamağa, söyüb bir qədər yüngülləşdirməyə bəhanə axtarırsan. Ha döyükürsən, ha çırpınırsan, əlinə-ovcuna bir şey gəlmir. Elədin axı. Nə bilirdinsə, əsirgəmədin axı. Təsəlli olaraq bircə bunu deyə bilirsən: qismət belə imiş. Bir zamanlar iki yolçu çiyinlərində ağır yüklər bilet alıb gəmiyə minirlər. Yolçudan biri gəmiyə çıxan kimi yükünü döşəmənin üstünə atıb üstündə oturur və dərindən nəfəs alır. O birisi isə həm bir qədər axmaq, həm də bir qədər təkəbbürlü olduğu üçün yükünü çiynindən endirmir. Ona deyirlər: - Kürəyindəki bu yükü yerə qoy, bir az rahat ol. Amma o, inadından dönmür: - Xeyr, mən yükümü çiynimdə aparacağam, yerə qoysam, oğurlayarlar, mən güclüyəm, malım da kürəyimdə. Belə daha rahatdır. Bu dəfə də belə deyirlər: - A kişi, səni də, bizi də daşıyan padşahın bu gəmisi çox böyükdür, çox davamlıdır. Sənin malını özündən də yaxşı qoruyar. Kürəyində çox daşısan, yorularsan, başın fırlanar, yük qarışıq dənizə düşərsən. Bir də çiynində nə qədər daşıyacaqsan axı o yükü? Axşamacan kürəyin ağrıdan sızıldayacaq, ayaqların tab gətirməyəcək. Gəminin kapitanı da səni bu halda görsə, ya ürəyində dəlidir deyəcək və səni qovacaq, ya da elə düşünəcək ki, sən nə o gəmiyə, nə də gəminin sahibinə güvənirsən, hamısına istehza edirsən. Camaat səni ələ salmamış, deyilənə qulaq as. Özünü yekə tutursan, amma çarəsizsən, qürurlusan, amma acizsən. Artıq hər kəs sənə gülür. O inad adam bu sözlərdən sonra sanki ağıllanır. Yükü gəminin bir küncündə döşəməyə qoyub üstündə oturdu və: Off, Allah səndən razı olsun, məni hər cür zəhmətdən, rüsvayçılıqdan, ona-buna masqara olmaqdan qurtardın, - dedi. Bəli, Allaha təvəkkül edən və etməyən adamların vəziyyəti təxminən belədir. Biz hamımız sıxıntılar, dərdlər, xəstəliklər, müsibətlər dənizinin tam ortasındayıq. Həyat gəmisinə minib yol gedirik. Sayı məlum günlər başa çatanadək bu yolçuluğumuz davam edəcək. Hərdən elə olur ki, həyat dözülməz hal alır, təngnəfəs oluruq, burnumuzdan belə, zorla nəfəs ala bilirik. Gecəmizi gündüzümüzə qatıb çalışırıq, çabalayırıq, əlləşib-vuruşuruq, amma istədiyimizi əldə edə bilmirik. Dərdlərin biri qurtarar, o biri başlayar. Bir xəstəlikdən qurtarıb özünə gəlməmiş, bir başqa xəstəlik qapımızı döyər. Gün gəlir, telefonlar üzümüzə qapanır, döydüyümüz qapılar divar kimi açılmaz olur. Əlimiz ətəyimizdən uzun ortalıqda qalırıq, maddi sıxıntılar, çeşid-çeşid problemlər, dolanışıq dərdi bir-birinin ardınca üstümüzə hücum edir. Bütün bu sıxıntıların, çətinliklərin, ağrı-acıların qarşısında duruş gətirmək üçün dizimizə təpər, gözümüzə nur olan ən şəfalı dərman təvəkkül düşüncəsidir. Düşdüyümüz vəziyyət nə olursa-olsun, ilk növbədə, özümüzü sorğu-suala çəkməliyik, əlimizdən gələni etdikmi, boynumuza düşən vəzifəni yerinə yetirdikmi, bütün qapıları döydükmü? Əgər bunları yerinə yetirdiksə, istədiyimizi qazanmaq üçün halal yollarla bütün məsafələri qət etdiksə, artıq gedə biləcəyimiz qədər gedəndən sonra o son nöqtədə dayanıb hər şeyi Allaha həvalə etməkdir. Təvəkkül dediyin budur: bir şeyi əldə etmək üçün boynuna düşən hər şeyi yerinə yetirib, nəticəni Allahdan istəyirsən. Deyək ki, hər şey istədiyimiz kimi nəticələndi. Əlbəttə, şükür edərik. Bəs birdən gözlədiyimiz alınmasa, nə olsun? Onda da əkinçinin misalını xatırlayaq: Əkinçi tarlasını əkər, toxumunu səpər, gübrəsini verər, sonra da nəticəni Allahdan istəyər. Çünki Allah-Təala yağış yağdırmalıdır, günəş çıxarmalıdır, çeşid-çeşid səbəbləri meydana gətirməlidir ki, əkinçinin istəyi hasil olsun. Amma bəzən tərsinə də olar: yəni il quraqlıq keçər, əkin susuzluqdan yanar və ya o qədər güclü yağış yağar ki, sel əkini yuyub - aparar. Artıq bunlar sənin iradəndə olmayan şeylərdir. Amma bütün hallarda səbir ağacına sarılıb dözməyi bacarmalısan, üsyan etməməlisən. Çünki səbir etməyi bacarsan Allah-Təala ağlına gəlməyən bir qapıdan ruzini yetirər. Amma elə düşünmə ki, sənin duaların, çəkdiyin zəhmət havayı gedir. Əgər nəticəyə üsyan etsən, əkinçinin səpdiyi toxum kimi sənin zəhmətin də yanar və ya sel ağzında gedər. Səbir edərsənsə, o sınağın nəticəsini bir yerdə mütləq və mütləq görərsən. Bəndə boynuna düşən vəzifəni yerinə yetirməli, nəticəni Rəbbindən gözləməlidir. Xoşuna gəlsə, şükür ağacına, istədiyi olmasa, səbir ağacına yapışaraq imtahanı uğurla başa vurmalıdır. | |
|
Total comments: 0 | |