Tuesday, 11.26.2024, 1:39 PM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 6
Guests: 6
Users: 0
Login form
Search
Calendar
«  January 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » January » 20 » 20 Yanvar faciəsindən 22 il ötür
2:05 PM
20 Yanvar faciəsindən 22 il ötür

Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı. Həmin dəhşətli gündən artıq 22 il keçib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

20 Yanvar faciəsi günü dünyasını dəyişənlərin ruhu şad olsun!

Views: 353 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: