Sunday, 05.19.2024, 3:00 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 2
Guests: 2
Users: 0
Login form
Search
Calendar
«  April 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » April » 14 » "Titanik faciəsi"ndən 100 il ötür
7:26 PM
"Titanik faciəsi"ndən 100 il ötür

Titanic painting. - rms-titanic photo

Bu gün bəşəriyyət tarixində ən böyük dəniz faciələrindən biri hesab edilən «Titanik» sərnişin gəmisinin batmasından 100 il ötür. «Titanik»in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü ölmüşdü.

«Titanik» Böyük Britaniyanın «White Star Line» səyahət şirkətinə məxsus idi və həmin vaxt dünyanın ən nəhəng sərnişin gəmisi sayılırdı. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-cii l mayın 31-də istifadəyə verilmişdi. Həmin dövrün ən son texnologiyaları ilə inşa edilmiş gəmi 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü. İngiltərənin Saushempton limanından Nyu Yorka yola düşən «Titanik» yolda iki dəfə dayanmışdı - Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında. Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi. Aprelin 14-dü saat 23:40-da «Titanik» aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı. 

«Titanik»in batmasına hava şəraiti, texniki nasazlıqlar, ekipajın diqqətsizliyi və qeyri-peşəkarlığı kimi çoxsaylı səbəblər göstərilir. Qəzanı araşdıran alimlər bu şəraitləri «hadisələr kaskadı» adlandırırlar. Məsələn, gəminin toqquşduğu aysberq «qara aysberqlər» tipinə aid idi, yəni çevrilmiş və tünd göy rəngli idi, həm də aysız gecə olduğundan ekipaj onu çox gec görmüşdü. Cəmi 711 nəfərin xilas edilməsi isə gəmidə olan qayıqların sayının az, 20 ədəd olması ilə izah edilir. Xilas olunanların əksəriyyəti 1-ci və 2-ci klassın sərnişinləri olan qadın və uşaqlar olub, 3-cü klass sərnişinləri isə dar dəhlizlərin labirintlərindən çıxa bilməmişdilər.

1985-ci ildə «Titanik»in qalıqları Atlantik okeanın 3750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Onu amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapmışdı. Suyun dibindən çıxarılan minlərlə qalıq YUNESKO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib.

2006-cı ilin mayında «Titanik»in batmasını xatırlayan sonuncu şəxs - 99 yaşlı Lillian Qertruda Asplund vəfat edib. Gəmi batarkən onun 5 yaşı var idi. 2009-cu ilin mayında isə sərnişinlərdən ən sonuncusu Millvina Din 97 yaşında vəfat edib. Faciə baş verərkən o, 2 ay yarımlıq idi. 

«Titanik» faciəsindən sağ qurtulanlar sonradan xatirələrini kitablara, rəsmlərə köçürmüş, bu mövzuda seminarlar keçirib, «Titanik» isə bir neçə film, sərgi və muzeyin həsr olunduğu «əbədi batmaz gəmiyə» çevrilib. Amerikalı rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi «Titanik» filmi bu faciəyə həsr olunmuş ən uğurlu film hesab edilir. Baş rollarda amerikalı aktoyr Leonardo di Kaprio və britaniyalı aktrisa Keyt Uinsletin oynadığı film 11 nominasiyada «Oskar» mükafatı alıb.


Views: 285 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: