Sunday, 05.19.2024, 4:46 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  November 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2011 » November » 28 » Kor Kişi (Hekayə)
11:31 PM
Kor Kişi (Hekayə)
Gözləri kor,ayaqları şikəst bir kişi yol kənarındakı ağacın kölgəsində əllərini açmış,görməyən gözlərini bir nöqtəyə dikərək dua edirdi:
- Ey bir çox zənginə vermədiyi nemətləri mənə verən Rəbbim, yarpaqların, ulduzların sayı qədər Sənə şükrlər olsun!

Bu vaxt buradan keçən İsa peyğəmbər (aleyhissəlam) kişinin bu duasını eşidərək ayaq saxlayır və ona yaxınlaşıb buyurur:
- Ey Allahın qulu, sənin üzərində nə nemətlər vardır ki, bir çox zənginə vermədiyi neməti mənə verən Rəbbim, deyə dua edirsən?
Dua edən görməyən gözləri ilə səs gələn tərəfə yönəlir və cavab verir:
- Rəbbim mənə elə bir qəlb vermişdir ki, o qəlb ilə Onu tanıyıram. Elə bir dil vermişdir ki o dillə də Ona şükr edirəm. Onu tanımaqdan daha üstün nemət, Ona şükr etməkdən daha böyük hidayət olarmı? Halbuki, nə qədər zənginlər, sağlamlar var ki, ürəyində Onu tanıma, dilində də Ona şükr etmə xoşbəxtliyi yoxdur.
Bax, bunu düşünərək bu cür dua edirəm:
- Nə qədər zənginlərə vermədiyi hidayət nemətini mənə lütf edən Rəbbimə, yarpaqların, ulduzların sayı qədər şükrlər, həmd sənalar olsun!
Bu cavab qarşısında İsa peyğəmbər (aleyhissəlam) yerə çöküb kişin gözlərindən öpür.
Peyğəmbərin dodaqları dəyən gözlər elə o an açılır.Kişi çaşqın və sevincək halda baxdığı İsa peyğəmbərə (aleyhissəlam) :
-Sən Allahın izni ilə ölüləri dirildən, xəstələrə şəfa verən və digər möcüzələrin sahibi İsa peyğəmbər deyilsənmi?
-Kimliyim hələ də məlum olmadımı?
-Əlbəttə, gözlərimdən məlum oldu.Amma ayaqlarımdan hələ də məlum deyil.
-Qalx ayağa!Bəlkə ayaqlarından da məlum oldu.
Kişi cəld ayağa qalxarkən, ayaqlarının da düzəldiyini gördü.Və:
- Ey Allahın Nəbisi, icazə ver sahib olduğum bu bənzərsiz nemətlərin şükrü üçün dərhal şükr səcdəmi edim-deyərək səcdəyə getdi:
- Ey Rəbbim, səni tanıyan bir ürəklə, şükr edən bir dil nemətinin şükründən aciz ikən, indi Sən mənə görən iki göz, gedən iki də ayaq lütf etdin,bəs bu nemətlərin şükrünü necə ödəyəcəyəm?
-Bu arada ətrafı əhatəyə almış insan kütləsi İsa peyğəmbərin (aleyhissəlam) əlini öpmək istəyir.Ancaq Allah nəbisi buyurur:
- Əli öpüləcək insan, sahib olduğu nemətlərin fərqinə varan şükr səcdəsindəki bu insandır. Onun əlini öpün! 
İnsanlar isə:
- Onu səcdəyə endirən nemətlərə bizlər ta anadan olandan sahibik,amma belə şükr səcdəsinə çatacaq dərəcədə sevindirici bir nemətə sahib olduğumuzu heç düşünməmişdik.
İsa peyğəmbər (aleyhissəlam) buyurur:
- Düşünən insan, sahib olduğu nemətlərin fərqinə varar, düşünməyən insan da özünü o nemətlərdən məhrum sanar.!
Views: 281 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: