Sunday, 05.19.2024, 3:00 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 2
Guests: 2
Users: 0
Login form
Search
Calendar
«  April 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » April » 15 » İnternet: qazancımız, itkimiz...
1:05 AM
İnternet: qazancımız, itkimiz...
Tələbə, müəllim, həkim, alim, jurnalist, düşünən hər kəs gün boyu monitor qarşısındadır. Çünki kitab da internetdədir, kitabxana da, ünsiyyət qurduğun dostlar da, bitib-tükənməyən söhbətlər də... 



Xəyalda dünya qurmaq insanın həmişə sevdiyi əyləncədir. Bəzən elə olur ki, illər boyu səninlə divarın o üzündəki qonşunun gerçək üzünü tanımırsan, onun kim olduğunu öyrənmək istəmirsən, dərdinə-sərinə vaqif olmağı ağlından keçirmirsən. Ancaq ömrün hansısa döngəsində qarşılaşdığın bir epizod həyatında hər şeyi dəyişir.

İnternet artıq yeniyetmələr, gənclər arasında xəstəliyə çevrilib. Gecəni səhərə qədər monitor qarşısında keçirən gənc səhər nə vaxtlı-vaxtında dərsə gedə bilir, nə də nə vaxtlı-vaxtında iş görə bilir. Əksər hallarda "internet xəstələri” qaraqabaq olurlar, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər, hisslərini qarşı tərəfə təbii ünsiyyət vasitəsi ilə yox, süni klaviatura vasitəsilə çatdıra bilirlər.

İnternet asılılığı hətta insanın xarakterini də dəyişir.

***

Çox qəribədir, bəzən insan öz gözü qarşısındakı bir gözəlliyi görə bilmir, ancaq süni, saxta təqdimatlarla təsəvvür etdiyi bir "gözəlliyə” asanlıqla bağlanır. Odur ki, artıq dünyada internet tanışlığı ilə başlayan evliliklərin sayı günbəgün artmaqdadır. Dədə-baba dili ilə desək, artıq qız bəyənmək üçün bulaq başına getməyə də ehtiyac yoxdur, elə o bulaq başı da internetdədir. Ancaq bir həqiqət də var ki, internetdə tanış olub, sonradan üz-üzə gələn insanların əksəriyyəti təsəvvürlərində yanıldıqlarını etiraf edirlər. Bu yanılma təqdim edənin özünü məharətlə gizləyə bilməsi ilə bağlıdır, yoxsa qarşı tərəfin vəziyyəti düzgün analiz edə bilməməsi ilə, bu da tamam başqa bir söhbətin mövzusudur.

***

Gələcəyi düşünmək üçün ən gözəl yol sağlam nəsillər yetişdirmək, o nəsilləri ehtiyac duyduqları biliklərlə təmin etməkdir. Yəni biz internetdən kənarda qalmamalı, onun imkanlarından ən yaxşı şəkildə istifadə etməliyik. Əslinə qalanda ağlı başında olan, haqqı nahaqdan ayırmağı bacaran iki gəncin internetdə tanış olub, sonra da evlənmələri artıq qəribə hal hesab olunmur. Biz artıq bu cür hallara da hazır olmalıyıq. Əmin olun ki, monitor qapısından girib o dəryada yelkən açan gənc əgər güclüdürsə, kökünə, dəyərlərinə bağlıdırsa, heç vaxt məğlub olmayacaq, ala-bəzək gözəlliklərə əsir düşməyəcək, dənizə çıxan balıqçı kimi hər axşam öz evinə qayıdacaq. Yox, əgər o gənc zəifdirsə, kökünə, dəyərlərinə bağlı deyilsə, bir gün kimlərəsə əsir düşəcək və cismən yanımızda olsa da, ruhən uzaqlarda olacaq. Bir sözlə, ağıllı olmaq açılmış qapını bağlamaq deyil, o qapıdan keçəndən sonra başımıza nə gələcəyini hesablayıb tədbir görməkdir...
Views: 255 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: