Sunday, 05.19.2024, 4:37 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  November 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2011 » November » 22 » İBRAHİM VƏ İSMAİL PEYGEMBER
6:46 PM
İBRAHİM VƏ İSMAİL PEYGEMBER
İBRAHİM VƏ İSMAİL PEYGEMBER
Deyirlər ki, İbrahim kəlməsi "əb", yə'ni ata və "rəhim", yə'ni mehriban sözlərindən əmələ gəlmişdir, "Mehriban ata" deməkdir. Allah-təala onu öz bəndələri arasından seçib, peyğəmbərliyə məb'us etmiş və öz xəlili, yə'ni dostu rütbəsinə qaldıraraq ona Xəlilullah və Xəlilurrəhman ləqəbi vermişdir.

İbrahim, Nuhdan sonra ikinci ulul-əzm peyğəmbərdir. Nuh ile onun arasında min il ara var. Rəvayətə görə İbrahimin əmisi Azər, o dövrün padşahı Nəmrudun münəccimi idi. Bir gecə o, ulduzlara baxıb Nəmruda dedi ki, bizim vilayətde bir uşaq doğulacaq ki, bizim həlakımız onun əlində olacaq və bizlərdən az adam sağ qalacaq. Padşah əmr elədi ki, kişilər qadınlardan uzaqlaşsın, onlarla yaxınlıq etməsinlər. Lakin Azərin qardaşı Tarix hemin gecə öz arvadı ilə əlaqədə oldu və İbrahimin nütfəsi, onun anası Sarənin bətnində mayalandı. Sarə hamilə oldusa da hamiləlik əlameti görünmürdü. Bir müddet sonra İbrahim doğuldu. Azər istədi ki, körpəni Nəmrudun yanına aparsın. Lakin anası Sarə manə' olub dedi ki, əgər aparsan uşağı öldürərlər. Mən onu aparıb bir mağarada qoyaram, əcəli gələndə, özü ölər. Azer razılaşdı. Sarə İbrahimi aparıb bir mağaraya qoydu, qapısına da bir böyük daş qoydu və qayıdıb evə gəldi.

Allah-təala uşağın ruzisini onun barmağında müqəddər etdi. İbrahim baş barmağını ağzına salıb sorur və ordan gələn südlə qidalanırdı. Anası uşaqdan xəbər bilmək üçün hər gün mağaraya gedib görürdü ki, uşağın gündəlik artımı başqa uşaqların bir aylıq artımı qədərdir (Peyğəmbər və imamların böyümə sür'əti belə olur). Az müddətdə İbrahim cavan bir oğlan oldu. Bu vaxt onun atası Tarix vəfat etmiş, əmisi Azər ona ögey ata olmuşdu. Allah-təala Azərin qəlbinə İbrahimin məhəbbətini salmışdı. Azər və onun camaatı bütlərə pərəstiş edirdilər. Azer özü də büt yonub satırdı. Bir gün İbrahim bir parça ağac götürüb, ondan gözəl bir büt yonub düzəltdi. Azər onu görüb sevindi və dedi ki, bu oğlandan bizə böyük bir xeyr-bərəkət yetişər. Bunu eşitdikdə İbrahim baltanı götürüb o bütü sındırdı. Azər onu bu işə görə danladı. İbrahim dedi ki, bu bütlər sizin nəyinizə lazımdır? Azər dedi ki, biz onlara ibadət edirik. İbrahim dedi ki, öz əlinizlə düzəltdiyiniz bir şeyəmi ibadət edirsiniz? Azər bildi ki, padşahlığı fənaya verəcək şəxs həmin oğlandır.

İbrahim helə lap uşaq ikən, ilk dəfə gecə mağaradan çıxanda ulduzları və onların arasında ən parlaq Şərq ulduzunu (Zöhrə ulduzu) görəndə dedi: Bu mənim pərvərdigarımdır. Lakin bir qədər sonra ulduz qürub edəndə dedi ki, qürub edən şeyi xoşlamıram. Sonra Ay baş vurdu. İbrahim onu görüb dedi: Budur mənim pərvərdigarım. Lakin Ay qürub edəndə yenə də fikrinden dönüb dedi ki, əgər Rəbbim məni hidayət etməsə, zəlalətdə olaram. Səhər açıldıqda Günəşi görüb dedi ki, bu daha da parlaqdır, budur mənim rəbbim. Lakin Günəşin də qürub etdiyini görəndə dedi ki, mən müşriklərdən uzağam. Öz Pərvərdigarını tapıb tanımaq üçün fitri iste'dad və zəka axırda onu peyğəmbər rütbəsinə qaldırdı.

İbrahim həddi-kamalə çatmışdı. O, Allah-təala barəsində camaatla mübahisə və mücadilə edirdi. Buna görə ona ədavət bəsləyirdilər. İbrahim qərib və zəif kəslərlə dostluq edirdi, qonağı çox sevirdi. Odur ki, ona "Əbül-əzyaf" (Qonaqlar atası) ləqəbi vermişdilər. Sonra Allah-təala onu peyğəmbərliyə məb'us etdi. O, hənif dinini, tövhidi, namazı, orucu, həcci, əmr-be-mə'ruf ve nəhy-əz-münkeri, bütlərdən uzaq olmağı təbliğ etməyə başladı. O, islamın bütün adətlərini: təmizliyi, təharəti, xütne (sünnet) etməyi xalqa tə'lim edirdi. Onlara anlatmaq istəyirdi ki, öz əlləri ilə yonub düzəltdikləri heykəllərə səcdə etmək nadanlıq və küfrdür. Lakin onlar öz əməllərindən əl çəkmirdilər.

Həmin vilayətin bir bayramı vardı ki, o gün gələndə bütün camaat çölə çıxıb axşama qədər çalıb-oxuyar, şadlıq edərdilər, şəhərdə heç kəs qalmazdı. O gün İbrahim onların mə'bədinə gedib, orada olan bütlərin hamısını balta ilə vurub sındırdı, sonra baltanı gətirib ən böyük bütün çiyninə qoydu. Axşam camaat qayıdıb ibadət üçün bütxanaya gələndə bütləri o halda gördükdə bildilər ki, bu işi İbrahimdən başqa heç kəs etməz.

Nəmrudun əmri ilə İbrahimi tapıb soruşdular: Bu işi sənmi eləmisən, ya İbrahim? İbrahim dedi: Bütlərin rəisi böyük büt edib, yəqin ki, onun fərmanına tabe olmayıblar, o da onları qırıb. Siz böyük bütden bunu soruşun. Dedilər: Məgər o danışa bilir ki, bizə bir söz desin? İbrahim dedi: Ar olsun sizə ki, danışmağa da qüdrəti olmayan bir şeyə ibadət və səcdə edirsiniz.

Nəmrud fərman verdi ki, İbrahimi yandırsınlar. Böyük bir meydanda çoxlu odun yığıb nəhəng bir tonqal hazırladılar ki, İbrahimi ora atsınlar. Lakin odun hərarətindən ora yaxınlaşmaq olmurdu. Odur ki, belə qərara gəldilər ki, mancanaq hazırlayıb İbrahimi onun içinə qoyub uzaqdan o tonqala atsınlar. Bu mənzərədən asimanın mələkləri fəryada gəldilər. Mancanaqın içində İbrahim tonqala atılanda Cəbrail ona nazil olub dedi ki, ya Xəlilullah, mənə ehtiyacın varsa də. İbrahim dedi ki, ehtiyacım var, amma sənə yox. Sonra İbrahim "Tovhid" suresini oxuyub dedi: Ey mənim Allahım, Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyn xatirinə mənə oddan nicat ver.

Allah-təaladan oda buyruldu: "Ey od, İbrahim üçün soyuq ve səlamət ol". Rəvayətə görə, bu əmrdən sonra Allahın qorxusundan üç gün heç yerdə od yanmadı, sular qızmadı. Allahın əmrindən sonra od söndü, o tonqalın yerində çəmənlik və gülzarlıq əmələ gəldi. İlk dəfə dünyada nərgis gülü orada bitib açıldı.

Tamaşaya toplaşmış camaat və Nəmrud, İbrahimi çəmənlik və çiçəklər arasında gördüler. Cəbrail Cənnətdən bir köynək gətirib İbrahimə geydirdi. Nəmrud İbrahimin oddan nicat tapdığını görüb ibrət üçün öz camaatına dedi ki, bundan sonra siz də öz allahlarınıza, İbrahim öz Allahına ibadət edən kimi ibadət edin.

Nəmrud əmr elədi ki, İbrahimi qovub şəhərdən çıxarsınlar, onun bütün malını və malik olduğu külli miqdarda heyvanatını əlindən alsınlar. İbrahim şəhərin qazisinə (məhkəməyə) müraciət edib dedi ki, mənim mal-heyvanımı alırsızsa, onun əvəzində sizin şəhərinizdə itirdiyim ömrümü mənə qaytarın. (Nəmrud özünü allah e'lan etmişdi, xalqı məcbur edirdi ki, ona və onun, guya kömekçiləri olan bütlərə secdə etsinlər. İbrahim həmin səbəbə görə keçmiş ömrünü onlardan istəyirdi). İbrahimin bu tələbini Nəmruda xəbər verdilər. Nəmrud İbrahimin tələbini yerinə yetirməkdə aciz olduğu üçün, onun mal-heyvanını özünə qaytarmağa razı oldu.

İbrahim çox qeyrətli və qısqanc idi. Odur ki, bir sandıq hazırlayıb, öz arvadı Sarəni o sandığa qoyub dəvəyə yüklədi və Kufədən çıxıb, Beytül-müqəddəsə tərəf yola düşdü. Sonra Şam vilayətinə gedib öz xalası oğlu Lut ilə görüşdü. İbrahimin anası Sarə və Lut peyğəmbərin anası Vərəqə Lahicin qızları idi. Lahic özü də peyğəmbər idi, amma mürsəl deyildi. İbrahimin arvadının da adı Sarə idi. O da peyğəmbər nəslindən idi. İbrahimin Sarədən övladı yox idi. Sarə öz kenizi Hacəri İbrahimə bağışladı ki, ondan övladı olub, İbrahimin varisi olsun.

Beləliklə, İbrahimin Hacərdən bir oğlu oldu, ona İsmail ad qoydular. Beş ildən sonra Sarənin 90 yaşı olanda, onun da bir oğlu oldu, ona İshaq ad qoydular. Bu zaman İbrahimin yaşı yüzü haqlamışdı. Odur ki, çoxları güman edirdi ki, bu uşaq onların doğma övladı deyil, onu haradansa tapmışlar. Allah-təala bu şübhədən onları xilas etmək üçün İshaqa təmamilə İbrahimə oxşar bir surət vermişdi. Hətta sonralar çox vaxt ata ilə oğlu bir-birindən ayıra bilmirdilər. İshaqı ata zənn edərək məclisin başında, İbrahimi onun oğlu bilib ondan aşağıda oturdurdular.

Sarənin bədxasiyyət olmasına baxmayaraq, İbrahim ona qatlaşırdı, çünki o, İbrahimin xalası qızı ve ona ilk iman gətirən adam idi. Sarə həm də çox gözəl, ağ bir qadın idi. Hacər isə qara kəniz idi. Sarənin oğlu olandan sonra daha Hacərə təhəmmül edə bilmirdi. Odur ki, Sarə İbrahimə dedi: "Onu mənim gözümdən itir". Allahın vəhyinə əsasən, həcc mövsimi gəldikdə İbrahim Hacəri İsmail ilə birlikdə aparıb Məkkədə qoydu. Hacər İsmail ilə birlikdə susuz və çəmənsiz Məkkədə, o kimsəsiz diyarda qaldı. İbrahim onlar üçün bir qədər su və ərzaq qoymuşdu. Sonra da İbrahim arabir gəlib onlara ərzaq və su gətirirdi, amma Sarənin tapşırığına əməl edib dəvədən düşmürdü.

Bir gün onların su ehtiyatı qurtarmışdı. Hava çox isti idi, susuzluq İsmaili taqətdən salmışdı. Hacər su tapmaq ümidi ile dağa qalxdı, amma orada su tapmayıb mə'yus oldu. Bu zaman Cəbrail nazil olub Zəmzəm quyusunu qazıdı. Oradan su çıxdığını görən Hacər, İsmaili ibrani dilinde çağırmağa başladı. İsmail ərəb dilində "ləbbəyk-ləbbəyk" deyə ona cavab verdi. Mə'lumatlara görə, İsmail əyilib Zəmzəmdən su içdi, sonra düzəlib dedi: "Əlhəmdü lillahi rəbbil-aləmin. Və səlləllahü əla Mühəmmədin və alih". Bundan sonra o, əvvəlki ibrani dilini yaddan çıxardı və ərəb dilində danışmağa başladı. Odur ki, ona "Əbül-ərəb" ləqəbi vəriblər, yə'ni "ərəbin atası".

Başqa bir rəvayətdə deyilir ki, İbrahim Hacərlə İsmaili Məkkədə qoyub qayıtdı. Bir müddətdən sonra onların suyu qurtardı. İsmail susuzluqdan taqətdən düşüb uzanmış, dabanlarını yerə sürtürdü. Hacər gedib Säfa və Mərvə dağları arasında su axtarırdı. O, uşaqdan nigaran qalıb tez-tez gəlib ona baş çəkirdi. Bu dəfə gələndə gördü ki, uşağın dabanı yerdə bir çuxur əmələ gətirib, oradan su çıxır. Hacər suyun axıb qurtarmasından qorxub, onun ətrafına torpaq yığaraq dedi: "zəm-zəm", yə'ni "dayan-dayan". Su dayandı ve o vaxtdan o suyun adı Zəmzəm oldu. Əgər Hacər onu dayandırmasaydı, axar suya çevrilərdi.

Bir gecə İbrahim yuxuda gördü ki, İsmaili qurban kəsir. Peyğəmbərlərin yuxusu vəhy olduğu üçün o, bu işi yerinə yetirməli idi. İbrahim bunu etməkdən çəkindikdə, Allah-təala ona əmr edir ki, verdiyi sözü yerinə yetirsin. İbrahim səcdə edərək deyir: Ya Rəbbim! Əmrinə müntəzirəm. Nə əmr edirsənsə onu canla-başla yerinə yetirməyə hazıram. Bu sözləri dedikdən sonra İbrahim İsmailin anası Hacərin yanına gəlib deyir: "Hacər, İsmailin başını yu, ona təzə paltar geyindir, onun əlinə, ayağına xına qoy, gözlərinə sürmə çək. Mənim mö'təbər bir dostum var, hər ikimiz birlikdə ona qonaq gedəcəyik." İsmailin anası ərinin göstərişini yerinə yetirərək yol üçün ehtiyat görür. Heybələrinə çörək, duz, və s. yeyəcək qoyur, elavə olaraq İbrahim heybəyə xəlvət bıçaq və ipdə qoyur. İbrahim oğlunun əlindən tutub evdən çıxanda Hacər yalvarır ki, ləngiməyin.

İbrahim oğlu İsmaillə Ərafat dağına yollanır. Səfər zamanı şeytan, Allah ona lə'nət ələsin, üç dəfə onların qarşısına çıxır, çalışır ki, İsmaili yolundan döndərsin. Axırıncı dəfə şeytan onların qarşısına çıxarkən İsmail əyilib yerdən daş götürür və həmin daşı atıb şeytanın gözünü tökür. Elə hemin vaxtdan Mina vadisində Hümmərə daş atmaq dəb olub. Müsəlmanlar həccə gedərkən oraya daş atmadan ötüb keçmirlər.

Ərafat dağında əvvəlcədən nəzərdə tutulmuş yerə gəlib çatdıqda İbrahim İsmaildən soruşur: - Mənim oğlum, bilirsənmi səni bura nə üçün gətirmişəm?
İsmail atasının sualının cavabında: Nə üçün gətirdiyini səndən başqa bir Allah bilir, - deyir.
İbrahim deyir: - Allah təala əmr edib ki, səni qurban kəsim.
İsmail onun sözlərinin müqabilində deyir: - Ata, mən Allahın əmrinə müntəzirəm. Qur'anda bu barədə belə yazılır: "... O dedi: Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!" (Qur'an 37:102)

İbrahim peyğəmbər İsmaili üzü üstə yerə uzandırır. Sonra bıçağı çıxararaq deyir: "Oğlum, Allaha itaət et!".
Bunun müqabilində İsmail deyir: Atacan, mənim əllərimi və ayaqlarımı bağla ki, boğazıma bıçaq çəkəndə əl-ayağım sənə dəyməsin. Birdən Allah qarşısında itaətsizlik etmiş olaram. Daha sonra bıçağı boğazıma tez çək və çəkəndə mənə yazığın gəlməsin, yazığın gələrsə, Allah qarşısında itaətkar olmayan kimi görsənərsən. Əvimizə qayıdanda anama salamımı yetirərsən və deyərsən ki, dua edəndə məni yaddan çıxarmasın. O, məni axirət gününədək görməyəcəkdir. İbrahim peyğəmbər bu sözləri eşidərkən əyilib İsmailin boynunu qucaqlayır və ağlamağa başlayır. İsmail ağlayıb göz yaşı tökməyə atasına irad tutur. O: Atacan! -deyir, -Elə et ki, Allahın mərhəmətindən məhrum olmayasan.

İbrahim özünü ələ alıb var gücü ilə bıçağı İsmailin boğazına çəkir. Nə qədər çəkirsə, bıçaq kəsmir. Allah-təala Qur'ani Kerimdə buyurur: "Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzü üstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən rö'yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə yuxuda nə əmr olunmuşdusa, onu da yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerine bir qoç kesməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" (Qur'an 37:103-105)

Bıçagın kəsməməsi İbrahim peyğəmbəri qəzəbləndirir. O, əlindəki bıçağı zərbnən daşa çırpır, elə çırpır ki, zərbədən daş iki yerə parçalanır. Peyğəmbər üzünü bıçağa tutub deyir: - Ne üçün Allah təalanın əmrini yerinə yetirmirsən? Bıçaq dilə gəlib deyir: - Allah təaladan mənə əmr gəlib ki, kəsməyim, niyə mənə acığın tutur? Söhbətin bu yerində Cəbrail ələyhissəlam göydən nazil olur. O, "Allahu əkbər!" deyə ucadan səslənir. İbrahim başa düşür ki, xilas vaxtı gəlib çatıb. O, "Allahdan başqa Allah yoxdur! Böyükdür Allah" - deyə dillənir. Nicat yetişdiyini bilən İsmail deyir "Allah böyükdür, Eşq olsun Allaha!" sözlərini dilinə gətirir. Cəbrail İbrahimə deyir: - Götür bu qoçu İsmailin əvəzinə kəs. Allah təala bu qoçu dörd yüz il əvvəl yaratmışdır. Yaratmışdır ki, indi qurban kəsilsin.

O, İsmailin əvəzində həmin qoçu qurban kəsdi. Beləliklə, Zilhiccə ayının 10-da Qurban bayramı və Allah yolunda qurban kəsmək rəsmi adət oldu.

İbrahim Minadan qayıdıb Məkkəyə gəldi. Hacərlə və İsmaillə vidalaşıb getmək istədikdə onlar ağladılar. Hacər dedi: Mən sənin kimi heç bir peyğəmbər görməmişəm ki, zəif bir qadınla bir uşağı çəmənsiz, qərib bir yerdə qoyub getsin. Bu sözlərdən İbrahimin gözləri yaşardı. O, gədib Kə'bənin qapısını tutub onların haqqında xeyr dua elədi. Bu zaman ona vəhy geldi.

İbrahim, Əbu Qübeys dağına qalxıb nida elədi: Ey camaat, Allah-təala əmr edir ki, sizlərdən kimin imkanı olsa, bu evin (Kə'bənin) ziyarətini (həcci) onu vacib elədim. İbrahimin bu nidasını bütün dünya xalqı eşitdi. Hətta Qiyamət gününə qədər doğulacaq uşaqlar da Allah-təalanın bu əmrindən agah oldular. Odur ki, Həcc ziyarəti islam aləmində adət oldu.

Nuhun tufanında Kə'bə zədələnmişdi. Allah-tealanın əmri ilə İbrahim onu tə'mir elədi. Bu zaman İsmail ona daş verib kömək edirdi. Kə'bənin divarı ucalanda, İbrahim bir böyük daşın üstünə çıxıb divarı tikirdi. Onun ayaqlarının izi həmin daşda nəqş bağladı və həmin daş indi də Kə'bənin yanında qoyulub. Zəmzəm suyu Məkkədə zahir olandan sonra o nahiyədə yaşayan Cərhəm qəbiləsi Hacərin razılığı ilə gəlib Məkkədə məskunlaşdılar. İsmail onların cavanları ilə ünsiyyətdə oldu və o qəbilədən Əmarə adlı bir qızla evləndi. Sonra Hacər vəfat elədi, İbrahim gəlib onu Kə'bənin yanında dəfn etdi. Sonralar da İbrahim tez-tez Kə'bənin ziyarətinə gəlirdi. İbrahim qocalmışdı, onun yaşı çox olsa da tükləri ağarmamışdı, başqa qocalarda da belə idi.

Bir gün İbrahim saqqalında ağ bir tük gördü. Təəccüblə ərz elədi: "İlahi, bu nədir?" Allah-təala tərəfindən ona vəhy gəldi: "Bu, sənin vüqarındır". İbrahim ərz elədi: "Pərvərdigara, mənim vüqarımı artır". Odur ki, İbrahimin tükləri ağardı və bu əlamətlə yaşlı adamlar cavanlardan fərqlənməyə başladı. İbrahim vəfat edənde oğlu İsmail ona qüsl və kəfən edib, Beytül-müqəddəs nahiyəsində dəfn elədi. İsmail isə qayıdıb Məkkədə ömür sürdü. Sonralar Harisin qızı Halə ilə evləndi. Birinci arvadı Cərhəm qəbiləsindən olan Əmarənin övladı olmadığı üçün ona təlaq vermişdi.

İsmailin on üç oğlu oldu. Rəvayətə görə ilk at minən və onu əhliləşdirən, həmçinin ilk əmmamə qoyan və ilk dəfə hacılara ehsan verən İsmail olub. İsmail vəfat edəndə, qardaşı İshaq gəlib, onu anası Hacərin yanında Məkkədə dəfn elədi. İshaq isə Şamda öz dayısı qızı ilə evlənib ömür sürdü. Onun iki əkiz övladı İys və Yə'qub adlı oğlu dünyaya gəldi. Yəqub Yusifin atası idi. İshaq vəfat edəndə onu oğlu Yəqub, Beytül-müqəddəsdə dəfn elədi.

Oxuyun ki, həm məlumatınız artsın həm də savabınız..
Views: 926 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: