Sunday, 05.19.2024, 5:06 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  May 2012  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » May » 21 » Google axtarışı modernləşdirir
0:36 AM
Google axtarışı modernləşdirir
 
Google yeniliklərdən yorulmur

"RİA Novosti"nin verdiyi xəbərə görə, Google şirkəti faktlar və axtarış obyektləri arasında qarşılıqlı əlaqəni nəzərə alan Knowledge Graph semantik aləti vasitəsilə axtarışın sürətini və oxşarlığını təkmilləşdirmək niyyətindədir. Sistem sorğunun mənasını başa düşməyə çalışacaq ki, bu da göstərilən nəticələr siyahısına təkcə saytlara istinadları deyil, həm də istifadəçini maraqlandıran mövzuya dair birbaşa cavabı və əlavə informasiyanı daxil etməyə imkan verəcək.

Knowledge Graph-ın köməyi ilə Google əsas sözləri müəyyənləşdirməklə yanaşı axtarışa verilən sorğunun mənasını da anlayacaq və onun barədə informasiyanı Google-un müxtəlif obyektlər, məsələn – insanlar, yerlər, əşyalar, filmlər, incəsənət əsərləri və s. haqqında bilgilərin saxlandığı məlumat bazasında axtaracaq.
Hazırda Google-un məlumat bazasında 500 milyondan çox obyekt, eləcə də 3,5 milyarddan çox fakt və onlar arasında qarşılıqlı əlaqəyə dair informasiya toplanıb.

Məsələn, "Tac Mahal” sorğusunun Hindistanın arxitektura abidəsi, yaxud "Qremmi” mükafatı alan musiqiçi, Atlantik-Siti kazinosu, hətta evin yaxınlığında yerləşən Hindistan restoranları ilə bağlılığı ola bilər.
Google əvvəllər belə sorğuya kontenti "Tac Mahal”-ın əsas sözlərinə yaxın olan daha çox populyar internet səhifələrinə bir yığın istinad verirdisə, hazırda istifadəçinin ayrıca bölmədə onu maraqlandıran konkret obyektə aid axtarışın nəticələrinə baxmaq imkanı var.
Views: 372 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: