Sunday, 05.19.2024, 5:30 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  November 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2011 » November » 28 » Gələcəkdə bizi nə gözləyir?
11:58 PM
Gələcəkdə bizi nə gözləyir?
Bəşər övladı dünyanın sonunu müzakirə etdiyi bir dövrdə biz qərara aldıq ki, bu dəfə sirli zaman bölməmizdə tamamilə fərqli mövzuya, "gələcəkdə bizi nə gözləyir” sualına cavab axtaraq.
Əgər indi dünyanın ən nəhəng dövlətləri Çin (1,33 milyard), Hindistan (1,17 milyard) və ABŞ-dırsa (306,8 milyon), 2050-ci ildə bu siyahıda yerdəyişmə baş verəcək, əhalisi 1,69 milyard olan Hindistan lider olacaq. Çin 1,31 milyard insanla ikinci yerə düşəcək. 423 milyon nəfər əhali ilə Nigeriya ilk üçlüyə daxil olacaq. Hazırda Nigeriya əhali sayına görə 7-ci yerdədir.

"Zaman Azərbaycan" bildirir ki, alimlər çox yox, cəmi 50 il sonra bizim bəşəriyyətin hansı siyasi və iqtisadi çağırışlarla, hadisələrlə üzləşəcəyini təxmin etməyə çalışırlar. Məsələn, amerikalı məşhur mütəfəkkir Alvin Tofflerin hesablamalarına görə, gələcək 50 il içində qadınlar indiyə qədər bənzəri görülməmiş şəkildə iqtidarda olacaq, qərbə müsəlman köçü artacaq və artıq "işə getmək” lazım olmayacaq. Fütürologiyanın qabaqcıllarından olan Alvin Tofflerin 1970-ci illərdə yazdığı "Gələcək şoku” kitabının nəşr olunmasının 41-ci ildönümü münasibətilə bir qrupla birlikdə hazırladığı hesabatdakı təxminlərə görə, Cənubi Afrika regionunda çox geniş və əhəmiyyətli bir iqtisadi inkişaf baş verəcək, Orta Şərqdə isə dini və etnik hərəkətlərdən qaynaqlanan qarışıqlıqlar hakim olacaq. 

ABŞ-ın paytaxtı Vaşinqtonda təşkil edilən bir yığıncaqda açıqlanan "Gələcək 50 il üçün 50 təxmin” adlı hesabata görə, getdikcə daha çox insan böyük istehsalçı və paylayıcılardan asılılığını azaltmaq üçün öz tərəvəzlərini yetişdirəcək və öz qidalarını istehsal edəcək. Yüksək sürətli internet standart olacaq və bu sayədə yayılacaq videokonfranslar sayəsində işləmək üçün artıq iş yerinə getməyə ehtiyac qalmayacaq və insanlar dünyanın harasında olursa-olsunlar, vəzifələrini problemsiz icra edə biləcəklər. Şimali Koreya və İran kimi bir ovuc ölkələrin "quldur dövlətlər” kimi qiymətləndirilməsi davam edəcək. Dünyanın ən böyük iqtisadi gücü halına gələcək olan Çin isə enerji tələbatını qarşılamaq üçün Venesuela və bəzi Afrika ölkələri ilə əməkdaşlıq edəcək.

Planetdə hər üçüncü şəxs afrikalı olacaq

2050-ci ildə dünyanın ən nəhəng dövlətinin 1,69 milyard əhalisi ilə Hindistan olacağı ehtimal olunur. Amerikalı alim iddia edir ki, yaşayış məntəqələrində əhali artımının müxtəlif tempdə olması bir çox ölkələrin reytinqinə təsir edəcək. Əgər indi dünyanın ən nəhəng dövlətləri Çin (1,33 milyard), Hindistan (1,17 milyard) və ABŞ-dırsa (306,8 milyon), 2050-ci ildə bu siyahıda yerdəyişmə baş verəcək, əhalisi 1,69 milyard olan Hindistan lider olacaq. Çin 1,31 milyard insanla ikinci yerə düşəcək. Maraqlıdır ki, 423 milyon nəfər əhali ilə Nigeriya ilk dəfə olaraq üçlüyə daxil olacaq. Hazırda Nigeriya əhali sayına görə 7-ci yerdədir. Afrikada olan fəal demoqrafik proseslərlə əlaqədar olaraq, 50-60 ildən sonra hər üçüncü insanın afrikalı olacağı gözlənilir. Hazırda dünya əhalisinin yalnız 1/7 hissəsi bu qitənin payına düşür.

ABŞ Çindən asılı hala gələcək

Gələcək 50 ilin təxmininə görə, ABŞ Çindən asılı olacaq. Alternativ enerji formalarının tapılması səbəbindən Səudiyyə Ərəbistanı, İran, İraq, Rusiya və Venesuelanın enerji ehtiyatlarına elə də ciddi ehtiyac olmayacaq. Hesabatda bu ölkələri ümidləri puça çıxan ölkələr adlandırılır. Amerikalı alim iddia edir ki, xristianlıq cənub yarımkürəsi ölkələrində yayılarkən, daha çox sayda müsəlmanlar qərb ölkələrinə köç edəcəklər. Tofflerin təxminlərinə görə, iqlim dəyişikliyi qarşıdurmalara gətirib çıxaracaq, buzlaqların əriməsi yeni neft və mineral zənginliklərinin kəşf edilməsini təmin edəcək. Suyun səviyyəsinin yüksəlməsi dəniz sahilləri boyunca yaşayan xalqların qruplar halında başqa yerlərə köçünə gətirib çıxaracaq. Əhalinin gedərək yaşlanması səbəbindən qocaların baxım xərclərinin artacağını və amerikan həyat sığortası sistemlərinin bugünkü şəkliylə davam edə bilməyəcəyini ehtimal edən Toffler, yeni sığorta sisteminin necə olacağının bilinmədiyini, ancaq cəmiyyətin ehtiyaclarına uyğun bir şəkildə olmayacağını ifadə edir.

Dünyada 1 milyard yoxsul olacaq

Və keçək ən bədbin proqnoza. 50 il ərzində dünyada yoxsul insanların sayı 1 milyarda çatacaq. Təkcə Hindistanda yoxsul insanların sayı 300 milyon olacaq. Planetdə əhalinin sürətli artımı ərzağa olan tələbatı daha da yüksəldəcək. Dünyadakı iqlim dəyişikliyi aztəminatlı milyonlarla insanın vəziyyətini daha da ağırlaşdıracaq. Artıq indidən görmək olur ki, temperaturun dəyişməsi inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Afrikanın cənubunda yerləşən ölkələrdə məhsuldarlığın azalmasına səbəb olub. Bu isə iqtisadi göstəricilərə və ərzaq təhlükəsizliyinə ciddi təsir edir. Beynəlxalq təşkilatlar bu tendensiyanın zəiflədilməsi və gündəlik gəliri 1 dollar 25 sent olan insanların sayının 2 dəfə azaldılması üçün səyləri gücləndirməyi tövsiyə edir. Amma dünyanın indiki gedişatına baxanda, çətin ki, bu xoşməramlı addımlar uğurlu nəticələrə gətirsin.

Bütün ağır işləri robotlar görəcək

İndi isə keçək ən inanılmaz və fantastik sayıla biləcək ehtimallara. 2050-ci ildə bükülən və biləyə taxıla bilən mobil telefonlarla qarşılaşacağımız istisna edilmir. Televizor gələcəkdə də mövcud olacaq. Həddən artıq incə olacaq bu televizorlar plastik materialdan düzəldiləcək və onu divara yapışdırmaq mümkün olacaq.

50 il sonra hamının bir robotunun olacağı güman edilir. Bu robotlar sizin əvəzinizə paltar və qab-qacaq yuyacaq, digər ağır işləri yerinə yetirəcəklər. Robot xarab olan paltaryuyan maşınınızı təmir etdirmək üçün sizdən xəbərsiz usta tapıb onu evə dəvət edə biləcək. Ev əşyaları əvvəlkilərlə müqayisədə "ağıllı” olacaqlar, hətta sizin sözünüzə qulaq asmaya da biləcəklər. Soyuducudakı sensorlar yeməklərin təzəliyi haqqında sizi məlumatlandıracaq. Geyim mağazaları əyninizə oturan paltar tapmaq üçün bədəninizin formasını lazerlə müəyyən edəcək və müvafiq paltarları sizə göstərəcək. 50 il sonrakı sərnişin təyyarələri bugünkü qırıcı təyyarələrə bənzəyəcək. Təyyarələrdəki sərnişinlər üçün daha çox sahə ayrılacaq, eləcə də yanacağa qənaət etmək mümkün olacaq. 2050-ci ildə kosmosa turist səfərləri Paris tətilindən daha çox müştəri cəlb edəcək. 90 dəqiqəlik bir səfər üçün 150 min avro ödəmək kifayət edəcək.

Əlbəttə, bütün bunlar bir insan övladının ehtimal və təxminlərindən başqa bir şey deyil. Nəyin necə olacağının ən doğrusunu hər halda Ulu Yaradan bilir. Bizə isə yaxşı əməllərimizə sadiq qalaraq gözləyib görmək qalır.
Views: 271 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: