Saturday, 05.18.2024, 10:18 PM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  December 2011  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2011 » December » 7 » Dünyanın sonu haqqında fikirlər
1:57 AM
Dünyanın sonu haqqında fikirlər

Dünyanın sonu haqqında fikirlər ta qədimdən mövcuddur. Bu fikirlərdən bəzilərini paylaşmaq istədim.
Bir çox xristianlar düşünürdü ki, İsa peyğəmbərdən sonra dünyanın sonu olacaq. Amma bu baş verməyincə bu hadisə üçün 666-cı il seçildi. Niyə? Şeytanla bağlı olan fikirləri hər birimiz bilirik. Amma bu dəfə də olmadı.
***
1000-ci il. İlk minillik. Bu tarix heç kəsdə şübhə yaratmamışdır. Adi təbiət hadisələri belə insanlarda qorxu hissini artırır, xaos yaranırdı. Amma yenə heçnə olmadı. Sadəcə İngiltərə ərazisinə meteorit düşdü. 
***
1033-cü il. Səbəb çox bəsitdir, İsa peyğəmbərin çarmıxa çəkilməsindən 1000 il keçir.
***
1248-ci il. Bu tarixi Roma papası 3-cü İnnokentiy irəli sürmüşdür. Amma Papanın özü bu ilə qədər yaşaya bilmədi, 1216-cı ildə ölümü onu bu yalanın izahatını verməkdən xilas etdi.
***
1603. Məşhur astroloq Tomas Kampanella Yerlə Günəşin toqquşmasını və bunun son olacağını məhz bu ilə təsadüf etdiyini demişdir. Uzaqgörənliyi bu dəfə onu yanıltmışdı.
***
1666. Məsələ yenə 666 ədədində idi. Qarşıdakı bir rəqəmi isə heç bir əhəmiyyət kəsb etmirdi. 
***
18 may 1910. Öncəkilərdən fərqli olaraq konkret olaraq gün də əvvəlcədən deyilmişdi. Astroloqların fikrincə bu tarixdə nəhəng bir kometa Yerə toxunaraq keçəcəkdi. Bu da zəhərli qaz olan sianidin kəskin şəkildə yayılmasına, bu isə öz növbəsində insanların kütləvi şəkildə ölümünə səbəb olmalıydı. Bu "uzaqgörənlik” bir çoxlarının qısa müddətdə varlanmasına səbəb oldu. Nə əlaqəsi var deyəcəksiniz? Çox bəsit, qaz əleyhinə ampulaların satışı artdı.
4-5 fevral 1962. Bu bir qədər inandırıcı səslənirdi. Həmin tarixdə planetlərin paradı təyin olunmuşdu. Bu parad baş versə də şübhələr və qorxular özünü bu dəfə də doğrultmadı. 
***
1988. Səbəb? Edqar Uizenant deyə aerokosmik mühəndis dünyanın sonunun məhz bu ildə olacağı barədə kitab nəşr etdirir. Kitab 4 milyon tirajla satılır. Amma bu dəfə də Armaqeddon baş tutmur. Bunu görən Edqar yeni bir kitab nəşr etdirir və bu dəfə 1989-cu ilin son il olacağını deyir. Amma bu dəfə onun kitabını alan olmur. 
***
2000. Bu tarixi çoxlarınız xatırlayırsınız yəqin. 3 sıfır və yeni minillik. 
***
2006-cı il. İndi hər şeyi izah edəcəm. 2006 cı il 5-ci ayın 4-ü, saat 3ə işləmiş 2 dəq 1 saniyə. Daha da aydın olsun deyə - 01:02:03, 04.05. 2006. Rəqəmlərin ardıcıl düzülüşü. Amma yenə heçnə olmadı. Bu zaman tarix 61 il sonraya keçirildi.Yəni - 01:02:03, 04.05. 2067
***
2009. Bu fikir isə Nastrodamusa məxsusdur. Sonradan onun tərəfdarları senturaları düzgün açmamaqla bəraət qazanmağa çalışdılar.
***
11.2011. Bu tarixi bir təxminən 1ay öncə yaşadıq. Amma ... 
***
2012. Bu fikirlə çoxları razılaşır. Bütün kainatın alt-üst olacağı deyilir hətta. Bütün kosmik dövriyyələr dəyişəcək. 
İnşəAllah bu fikrin də yanlış olduğunu birlikdə görərik :)

Views: 304 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: