Saturday, 05.18.2024, 11:51 PM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  February 2012  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
26272829
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » February » 9 » Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
2:58 PM
Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
Giriş

Bu gün də son məqalələrimdə yazdıqlarımın davamı olaraq yenə şüuraltı mesajlardan bəhs etmək istəyirəm.Bununla nə demək istəyirəm? İllərdir bir cəmiyyət və bir insanlıq olaraq yatırılldığımızdan bəhs etmək istəyirəm.

Bəli, bu gündə bəlkə bir çoxunuzun ilk dəfə eşidəcəyi çox ciddi bir mövzudan bəhs edəcəm: Şüuraltı və şuuraltının sirrini fərq edən pis niyyətli insanların, mütəxəssislərin müəyyən texnikalar istifadə edərək inkişaf etdirdikləri şüuraltı mesajlar (Subliminal) ilə bütün bir insanlığın şəxsiyyətinə, həyatlarına, inanclarına yəni hər şeylərinə müdaxilə edə biləcək böyük bir təhdiddən bəhs edəcəm. Bu izah edəcəklərim düşünməyin ki bir sui-qəsd nəzəriyyəsidir! Bir boş söz və ya baş verə biləcək şeylər də deyil... İllərdir bir şəkildə tətbiq olunan şüuraltı mesajlar, 25 kvadratlara gizlənmiş hər cür şəkil və vizual tərkibli tələlər və Subliminal reklamlar, musiqilər, dizi və filmlərdir... İndi bir qərar verin! Tamamilə gərçəklərə söykənən və uzun nəfəsli analizlərdən etdiyim ətraflı araşdırma, tədqiqatdan ibarət olan bu əhatəli məqaləni oxumağa davam etmək istəyirsinizsə lütfən oxuyub keçməyin. Ciddi mənada vaxt ayırın və ondan sonra oxumağa başlayın. "Mənim bu qədər uzun bir yazını oxuyacaq vaxtım yoxdur!", "Onsuz da bildiyimiz şeyləri izah edəcək!" Belələrinə xüsusilə səslənirəm: Bu gün, burada bəlkə də öz həyatınızın və öz şəxsiyyətinizin gərçəkləriylə üzləşəcəksiniz. Duyğu, düşüncə, inanc və həyatınıza təsir edən, hətta çox vaxt öz içinizdə sarsıntılara gətirib çıxaran ciddi faktorlardan və bunların haradan, necə gəldiyini, nələrin təsiri ilə olduğunu görəcəksiniz. Bu mövzunu daha əvvəl bir şəkildə eşidib üzərində çox da dayanmayıb bəlkə də önəm verməyib gəçənlər isə daha çox diqqətlə oxumalı və bu gün bu yazını oxuduqdan sonra həmişə birlikdə böyük bir qərar almanın məsuliyyətini və lazımlılığını hiss etməliyik. Keçən məqalələrimdə Reklamlarda, filmlərdə edilən şüuraltı mesajlardan danışmışdıq. Bura bir xətt çəkdim, çünki bundan sonrakılar təəssüf ki, uşaqlara istiqamətli film, məcmuə və materyallarda edilənlərdir. Aşağıdakılar son dərəcə kədərlidir. 

ƏSL HƏDƏF UŞAQLARDIR

Evimizdə baş küncə qoyduğumuz, gün boyu uşağımızı ona əmanət etdiyimiz televiziya və cizgi filmlər heç də günahsız deyil. Televiziyanın yayılması ilə birlikdə cizgi filmlər uşaqların da həyatına girmiş oldu. Hamımız müxtəlif cizgi filmlər izləyərək böyüdük. Şəxsiyyətimizin formalaşmasında böyük rol oynadı bu cizgi filmlər. Gün keçdikcə, uşaqlar bu istehsallara maraq göstərdikcə cizgi film sektoru genişləndi və nəhəng bir sektor halını aldı. Müasirləşmə ilə birlikdə küçələrdə oynamaq ortadan qalxdı. Uşaqlar daha çox evdə vaxt keçirir hala gəldi. Açılan uşaq kanalları və böyüyən çizgi film sənayesi uşaqları günbəgün məngənəsinə almağa başladı. Artıq günümüzün uşaqları vaxtlarının çoxunu ekran qarşısında və xüsusilə də cizgi film izləyərək keçirir. Ana-atalar uşaqlarını idarə altında tutmaq üçün cizgi filmlərinin qarşısına oturdur. Yaxşı, cizgi filmlər nə qədər günahsızdır? Təəssüf ki, cizgi filmlərinin günahsız olduğunu söyləmək günümüzdə çox çətindir. Cizgi film sektoru böyüdükcə, insanlar cizgi film istehsalçılarından uşaqları öyrədən, tərbiyə edən cizgi film yaratmalarını gözlədi. Amma, istehsalçılar bu yolu seçmədi və ümumiyyətlə şiddət, cinsilik məzmunlu cizgi filmlər düzəltdilər. Subliminal texnologiyası təəssüf ki, cizgi filmlərdə də mahnılarda, reklam panolarında, filmlərdə olduğu kimi qanuni olmayan bir şəkildə istifadə edildi. (Son zamanların uşaqları (11-16 yaş) isə artıq internet klublarda odnaklasnikdə, facebookda yaşıdları ilə yazışır və hətda özündən böyuklərə tanışlıq göndərib, yaşına uyğun olmayan mövzularda söhbətlər edirlər. Bəziləri isə döyüş oyunlarında (countre strayk) öldürməyə böyük həvəs göstərirlər)



Uşaqlığımızın cizgi filmlərinə dönüb baxdığımızda zorakılığın bir çox cizgi filmin fonunda dayandığını görürük. He-man, Voltran, Ninza Tısbağalar, Bugs Bunny, Təməl Rəis və digərləri. Hamısı mərkəzində şiddətin olduğu cizgi filmlər. Qəzetlərin səhifəsində gördüyümüz cinayət, zorakılıq xəbərlərinə çox çaşmamaq lazımdır. Çünki bizlər, problemlərin həlli yolu olaraq şiddəti istifadə etməyi uşaqlıqdan bu yana cizgi filmlər yolu ilə öyrəndik. Hal-hazırda kişilərin bəyənərək izlədiyi Ben Ten, Bakugan, Spider Man cizgi filmlərində şiddətdən başqa nə vardır? Yalnız şiddət olsa! Cizgi filmlərinin içinə soxuşturulmuş cinsəllik mesajları uşaqların zehninə cinsəllik toxumlarını addım-addım əkməkdədir... Disney bu mövzuda olduqca məharətlidir və ilk illərindən bu yana cinsilik ehtiva edən, homoseksuallığı təşviq edən görünüşlü, audio mesajları bəzən açıq, bəzən də şüuraltı səviyyəsində çizgi filmlərinin içinə soxuşdurmuşdur. (Bu mövzuda "cizgi filmlərdə şüuraltı (subliminal) mesajlar" yazıb axtarış mühərrikində axtarış etməniz sizə kifayət qədər sənəd təqdim edəcək)

Şiddət və cinsəllik mesajlarının yanında uşaqlara zərər verən bir başqa mesaj da sehir, cadu mesajlarıdır. Bu cizgi filmlər uşaqların həqiqəti qəbulunu pozduğu kimi, asan yoldan nəticəyə çata biləcəyi mesajını onlara verir. Bu mövzuya məşhur Mən Teni, Barbie və Winx cizgi filmlərini nümunə olaraq göstərə bilərik. Cizgi filmlərdə iştirak edən satanist və mason işarələr isə bir başqa yazının mövzusudur ki, bu da olduqca ürküdücü bir mənzərə qarşımıza çıxardır.



BUNU İZLƏMƏYİNİZ ÇOX VACİBDİR...



Bir sözlə uşaqlara sevgini qardaşlığı nəsihət edən günahsız zənn etdiyimiz cizgi filmlərinin arasına pornoqrafik şəkillər, şiddət ünsürü ehtiva edən görünüşlər 25 kare texnologiyasıyla edilir. İyrənc cinsəllik ismarıcları bu üsulla verilir. Xüsusilə hədəf kütləsi uşaqlarımız. Günahsız bildiyimiz çizgi filmlərinin kimilərində buludlar arasında bir yazı olaraq, kimilərində bir kiçik şəkil, kimilərində isə yalnız şəkil olaraq işlənmişdir. Uşağımız fərq etmədən o görüntüləri beyninə qonaq edir və şəxsiyyətinin meydana gəldiyi o ən ciddi yaş dövründə (sıfır-yeddi yaş arası) bu görünüşlər şüuraltında həkk olur. Artıq siz siz olun hər gördüyünüz və duyduğunuza çox diqqət yetirin. Televiziyadakı təh lükə əvvəl uşaqlarımızı gözləyən, amma əsl olaraq böyükləri hədəf alan təhlükədir. Günahsız kimi görünən cizgi filmlərinin ya da qadınları və uşaqları ekran başına zımbalayan serialların əslində nəyə və ya kimə xidmət etdiyini anlamaq lazımdır. Bu yolla gənclərimizin necə İslamiyyətdən uzaqlaşdırıldıqlarını, necə asılı hala gətirildiklərini və kapitalist-imperialist ölkələrin necə məhbusu olduqlarını görürük. Bizim mədəniyyət kodlarımızla oynamanın, bizi dinimizdən uzaqlaşdırmanın, dəyərlərimizi qaralamağın, yeni bir şəxsiyyət yaratmağın dərdindədirlər. Subliminal mesaj işində bunun yazılar yolu ilə, ya da müxtəlif masonik strukturların logolarının (məsələn tək göz kimi, gönyə-pərgar kimi, ya da satanistlərin ulduzu kimi) meydana çıxıb itməsi şəklində yedirildiyimizi bilirik. Çox günahsız bir xarakterin tam fərqli bir mesaj vermək üzrə kodlandığını görürük. Üstəlik də ən məşhur istehsallarda .. Portuqaliyalı bir rahibin, kilsədə vəz verərkən, Disneyin necə homoseksuallığı altdan alta yeridən və təriflədiyini izah edən videosunu internetdə tapa bilərsiniz. Ya da "Kiçik Dəniz Qızı" filminin afişasında gizlənmiş halda olan cinsi orqanı... Və ya Pacohontas filmindəki satanist obyekt və emblemleri..

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Daha, kino sənayesi yolu ilə kilsə təbliğatına girmirəm belə... O tamamilə açıqdan edilən bir iş... Hər bazar analarıyla kilsəyə gedən, başı dərdə girdiyində xaç çıxardan uşaqlar... Bir dövr "kölgələrin gücü adına, GÜC MƏNDƏ ARTIQ" deyə hayqıran Hiymen cizgi filmində, mənim bu an xatırladığım qədər, sinəsində bir xaç işarəsi ortaya çıxardı. Yanındakı qızın isə bədəninin az qala hamısının açıq olduğunu xatırladığımızda bu işin uşaqlara dönük nə qədər sarsıdıcı bir ölçüyə çatdığını gözlər önünə sərir. Öz inanclarını, düşüncələrini bizə təlqin etməyə çalışanlar bu üsulu qorxunc bir şəkildə tətbiq edirlər. İşin ən qorxunc tərəfi uşaqlarımızın bu yolla şüuraltlarına yeni inanclar, azğın fikirlər və düşüncələr təlqin etməyə çalışılmasıdır. Uşaqlarımıza izlətdiyimiz cizgi filmlərinin bu mövzuda günahsız olmadığı bir çox dəfə isbat edilmişdir. Televiziyaya hirslənməyin. Yalnız uşaqlarınızın başında durun...

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Bir milləti yox etmək üçün isti döyüşlərə artıq ehtiyac yoxdur. Mənliyi olmayan öz dəyərlərindən məhrum bir nəsil hər zaman istifadə olunmağa və bəzilərinin kuklası olmağa uyğundur. Şüuraltı mənimsənilməsi ilə övladlarımız cismən yanımızda, amma ruhən başqalarının oyuncağı. Hal-hazırda təəssüf ki, qanunla qadağan olmasına baxmayaraq bəzi dizi və uşaq proqramlarında bu mənimsənilmə edilməkdədir. Seks və cinsəllik temaları kiçik, böyük demədən beyinlərə qazılmaqdadır.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Xüsusilə Nickelodeon Cartoon Network və Disney Channel, etdiyi cizgi filmlərdə cinsəllik təmasını illərdir uşaqlarımızın şüuraltına qazımıştır. Walt Disney dünyanın ən böyük media və əyləncə şirkətlər qrupunun adıdır. 1923-də Walt Disney və Roy Disney tərəfından qurulmuşdur. Disney, hal-hazırda, bir çox televiziya şəbəkəsinə, əyləncə parklarına və animasiya studiyalarına malikdir. Walt Disneyin mərkəzi Amerikanın Florida ştatında olan bir əyləncə parkı var. Floridadakı Disney World hər biri gəzib-gəzib bitirilə bilinməyəcək 8-10 ədəd parkdan ibarətdir.Hər keçən gün gücünü daha da artırmaqda, daha çox filmlər, proqramlar və nəşrlər çıxartmaqdadır. Hər nə qədər, gənc beyinlərə təqdim etdiyi şahzadələr, prinslər, şatolar, super qəhrəmanlar, ya da onlar tərəfindən qurtuluş axtaran aciz qadınlarla çəhrayı bir dünya təqdim etsə də, son zamanlarda məsumluğu çox müzakirə edilməkdədir. Çünki, çəkdiyi ənənəvi qadın kişi imicləri, xarakterlərə yüklənən etnik şablon davranışlar və verdiyi şüuraltı mesajlar gün keçdikcə su üzünə çıxır. Uşaqlara kiçik yaşda cinsəlliyi aşılayır. Hədəf kütləsi dünya uşaqları və gəncliyidir. 

Bizə həmişə müvəffəqiyyət əhvalatı izah edilən Walt Disney əslində çox şərəfsiz bir adamdır. Qurduğu Disneyin məhsullarıyla uşaqların şüuraltlarına yüksək səviyyələrdə subliminal mesajlar yüklənir. Kimdir bu Walt Disney? Walt Disney 33 dərəcə bir mason idi. Yəni masonluğun ən üst dərəcəsi, ən yüksək rütbəyə sahibdir. Buna görə Disney filmlərində bir çox mason simvolu görmək sizi çaşdırmasın. 

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Walt Disneyin şeytanın istədiyi kimi, dünyanı əxlaqsız və seks düşkünü etməyə uşaqlardan başlamasının səbəbi budur:kiçik beyinlərin içinə o simvolları, subliminal mesajları qoyub, onları bir seks oyuncağı halına gətirə bilmək. Bunu edə bilsinlər ki, işləri asanlaşsın. Bütün dünya uşaqları böyüdükcə Disneyin seks propoqandası sayəsində seks və porno düşkünü olur. Cinsəllik və porno məzmunlu şeyləri bir uşağa izlətdirmək onu təcavüzkar edər. Bu elmi olaraq sübut edildi. Walt Disney həmdə Mickey Mause xarakterinin yaradıcısıdır. Mickey Mouse cizgi filminin bütövlükdə azğınlığı aşıladığı gərçəyini isə xarici bir elm adamı: "Walt Disney pozğunluq çıxartmaqda və yaymaqdadır" deyərək gündəmə gəlmişdir. Amma nəticə olaraq cizgi filmlərin şəkilləri və adları dəyişərək yayınlanmağa davam etmişdir. 

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Hətda bundan firmalarda istifadə edir:

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Walt Disneyin indiki sahibi Michael Eisner arvadından ayrılıb, homoseksual bir kişi ilə Floridadakı DisneyLand də evlənmişdir. Etdiyi xətt filmlərlə uşaqlarımıza homoseksual məzmunlu, fahişəliyə istiqamətləndirici iyrənc mesajlar verir. Uzaq dayanmaq lazımdır bu filmlərdən. Bu dovşana baxın. Qadın kişi bilmir hamını tutub dodaqdan öpür:

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Bu adamların firması olan Disneyin məhsullarına və minlərlə seks məzmunlu subliminal mesajlardan bir neçə nümunəyə baxmamişdan öncə, Walt Disney şəkilindəki yazını diqqətlə araşdırın. W, i və Y hərflərində gizlənmiş 6 rəqəmləri var. Əlyazısı kimi görünən bu qıvrımlar 666 rəqəmini meydana gətirir (W-nun qıvrımına diqqətlə baxsanız, 6 rəqəmini meydana gətirdiyini görərsiniz. Eyni şəkildə i və Y-nın uzadılışına (qıvrımına) baxın. Bunlar da 6 rəqəmini meydana gətirir).

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Bu arada gəlin birlikdə DisneyLandin parkınada bir göz ataq. Şəkillərə baxın və mənidə başa salın görək bu DisneyLand parkı körpələrə, uşaqlara xidmət edir ya böyüklərə?

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Parkda bir kafe və 666 yenə ortada.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Bəli, bir cin. Cizgi film sektoruna belə giriblər. Həm də nargilə (qəlyan) çəkən bir cin. Görəsən uşaqlar qəlyandan xəbərdardır ki? Bu cizgi filminə baxıb, bu səhnəni görən kimi böyüklərə sual ünvanlayacaqlar: "Ata onun əlindəki nədir?"

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

DisneyLandi gəzməyə davam edək:

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Uşaqlıqda bilmədən, istəmədən buna minib əylənən, böyüdükdə istəyərək minəcək... karuselə...!

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Səhv xatırlamıramsa DisneyLand də bir konsertdən alıntıdır.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərdə seksual geyim və davranışları ilə uşaqların qarşısına çıxan (hətda böyüklərində ağlını alan) nağıl qəhrəmanı olan qizları DisneyLand parkında real olaraq, real qızların simasında görmək olar. DisneyLand də uşağlara bu çılpaqları göstərmək nəyə lazımdır görəsən?

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Disney zehin idarəsinin yuvasıdır. Günümüzün məşhurlarını daha kiçikkən zehin idarəsinə məruz qoyurlar. Gələcəyin dünya şöhrətli insanlarını təyin edirlər.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Justin Timberlake, Christina Aguilera, Britney Spears. Bəli günümüzün dünya şöhrətli müğənniləri. Zehin idarəsinə kiçikkən başlayırlar.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Böyüdükdə də Disneydən rol alırlar. Bu 3-ü ağır zehin idarəsinə məruz qalmışdır. Sonra belə olurlar:

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Məşhurları buraxaq cizgi filimlərə qayıdaq. Uşaqlarımızın beyninə girən Subliminalların bəzisinə nəzər salaq.

Aslan Kral (The Lion King) adlı məşhur cizgi filmdə ulduzlarla səmaya "SEX" sözü yazılmışdır. Aslan kral kişidir, homoseksual ssenaristi sayəsində gedişi və quyruğunu nəzakətli şəkildə eynilə bir dişi kimi yellənərək getməsi təəssüf ki, kişi uşaqlarının şüuraltında eynicinsiliyə gətirib çıxarmışdır. Ətrafımıza baxsaq günümüzdəki təsirləriylə doğruluq payını görə bilərik məncə. Aslan Kral və ondan bir səhnə .. Göydəki ulduzlar SEX sözlərindən ibarətdir.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Aladdin cizgi filmində isə "yaxşı yeniyetmələr soyunun" (good teenagers take off clothes) səsi hipnotik bir tonda gizli olaraq təkrarlanır



Aladdin cizgi filimində cin Aladdinə bir müqavilə bağlamağı təklif edir. Bunun qarşılığında Aladdinə var-dövlət, qərb insanlarının yaşayış tərzini, gözəl yeyib-içmək, restoranlarda istirahət, rəqqasələr verəcəyini vəd edir. Müqavilənin şərti isə bu olur ki, Müsəlmanlığı ağlından çıxartsın (Diqqət edin, Aladdinin qulağından bir yazı çıxardır ki, üstü ərəb yazısından ibarətdi onun və həmin yazı ilə arxasını silir). Əgər belə olsa ən yüksəklərə ucalacağını, insanların ona səcdə edəcəyini başa salır (Bu zaman Aladdin Hindlilərin çox əllı bütü kimi təsvir edilir). Başqa bir epizodda isə cin lampadan çıxdığı zaman əli ilə satanik bir işarə göstərir. Bir başqa epizodda cin arı görünüşünü alır ki, buda Qədim Misirdən bu günə kimi masonlara gəlib çatmış və sionist simvollardan biridir:



Daha ətraflı buradan baxın:



Bilirsinizki dinləri təmsil edən işarələr vardır. İslam simvolunun aypara olduğunu dünya aləm bilir. Yaxşı Shrekin tualet qapısındakı aypara sizcə təsadüfdürmü?

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Jessica Rabbit (Who Framed Roger Rabbit) cizgi filmində, filmin qəhrəmanı Jessicanın qaçış səhnəsində ətəyi açılır və qəhrəmanın alt paltarsız olduğu görülür.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)



Kiçik Dəniz qızı (The Little Mermaid) cizgi filminin qapağında kişi cinsi orqanı gizli bir şəkildə təsvir edilmişdir. Filmin tərkibində isə bir çox kadrda da cinsi elementlər vardır və ən çox diqqət çəkən səhnəsi: Kiçik Dəniz qızı Mermaidin əlində iştirak edən kişi cinsi orqanıdır...

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)
Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Bu şəkildə cizgi filim normal bir xəttli film kimi görünür. Amma ağır çəkilişdə izlədiyiniz zaman arxa planda çılpaq qadın rəsmi gözə dəyir. Bunun kimi bir çox xətt filmdə cinsi məzmunlu mesajlar uşaqlarımızın şüuraltına işlənməkdədir.

Cizgi filimlərində şüuraltı mesajlar və Walt Disneyin iyrənc üzü (1-ci hissə)

Bu nümunələr, subliminal mesajın aşkar olaraq verildiyi, amma yayının davamlı axdığı və xarakterlərin büründüyü rolların dırnaq içərisində "günahsız və sevimli" olması səbəbiylə ismarıcların anlaşıla bilmədiyi növləridir.

Tom ve Jerry ən çox sevdiyimiz və köhnələ bilməyən çizgi filmdir. Cizgi filmində şeytana tapınma ayinlərinin bizə göstərilməsi, o anda görünüşlər dalbadal izlənildiyində təbii görünə bilər. Nəticədə filmdir və səhnə öz axarıyla axır. Amma diqqətlə baxdıqda görünən odur ki, şeytana səcdə etməkləri lazım olduğunun yanında təlqin edilən digər bir səhv isə, başlarındakı və otaqlarındakı böyük bir göz və ətrafındakı piramida şəkilləridir. Onda da Sionistlərin hədəflədiyi Illüminatı (şeytana tapınma, din əleyhdarlığı) yayılır, yəni "göz" kadrı (şeytan simvolu) qoyulur. "Göz" harada dayanırsa dayansın zövqə xitab edir. Eyni ilə nəzər muncuqları kimi. Göz mənadır, ancaq bunların film və cizgi film kadrlarında mənası ŞEYTANA işarət etməkdədir. Bu yazını oxuyan hər adamın, çox çox böyük ehtimalla Tom ve Jerry izlədiyini düşünürəm. Hətta izleməyən yoxdur düşünürəm."Xeyr ola bilməz Tom ve Jerrydə də?" deyecəksiniz. Elə isə baxın:



Masada bir piramida vardır. O piramida yanıb sönməyə başlayır və kişi dərhal masadan qalxır. Masanın önündə, şüa qurğusunun yanında diz üstə çökür. Və Baphomet (Şeytan) gəlir. Bitərmi? Bitməz. Birdə ona səcdə edir.

Beauty and the Beast:



Nickelodeon Cartoon Networkun cizgi filimlərindən nümunə:



Təhlükədən qaçan insanları görün kim xilas edecək... Tək gözlü Deccal...!



Cizgi filmlərdə söyüş və çılpaqliq:



Digər nümunələr:





Demək ki, evimizdə baş küncə qoyduğumuz, gün boyu uşağımızı ona əmanət etdiyimiz televiziya və cizgi filmlər heç də günahsız deyil. Şiddət, cinsəllik, sehr, cadu inancı, satanizm toxumlarını fərqində olmadan bizlər uşaqlarımızın zehninə əkirik.

Nəticə

Subliminal vizual mesaj yolu ilə insanlarımız dinlərindən uzaqlaşdırılır, satanizmə, masonik strukturlara, ya da xristian təlimlərinə məruz qoyurlar. Əvvəl bizə öz maşınlarını satdılar. Sonra o maşınlara uyğun proqram təminatı-proqramlar xidmət etdilər. Davamlı əlimiz telefonumuzda, gözümüz telefonumuzda. Bir-biriylə danışmayan, aydın olmaz bir dillə mesajlaşan bir cəmiyyət halına gətirdilər bizi. Bunu da texnoloji inkişafı olaraq uddurdular bizə.

Ailə təməllərimiz dağıldı, dağıdıldı. Həm boşanmalar artdı ictimai şəbəkələr sayəsində, həm də ailə içi ünsiyyət itdi. Baba uşağına çata bilməz oldu. Kişi və qadın eyni otaqda ayrı-ayrı kompüter ekranlarında ayrı dünyalarını yaşar hala gəldilər. Onlarla müqayisə edilməz bir ailə quruluşumuz var idi, qısqanclıqlarından onun da axırına çıxdılar. İndi isə əsl niyyətləri çıxdı ortaya.

Virtual narkotik deyilən bir sistemə gənclərimizi daxil edib, beyinlərini yumaq. Hər cizgi filmdə şirin donuzcuqlarla (İslamda donuz haramdır) oynayan körpələrimiz, hər gənclik filmində məktəbdə sevgilisi ilə öpüşən uşaqlarımız, təmiz paltarlarıyla kilsəyə gedib "doğruları" öyrənən gənclərimiz indi də virtual narkotiklə tanış olmuş vəziyyətdə. Kimsə mənə bu işin məsumiyyətini izah etməyə çalişmasın. Çünki mənzərə ortadadır.

Bundan başqa bəzi gizli təşkilatların öz inanclarını təlqin etmək üçün, özləri baxımından əhəmiyyətli gördükləri işarələri, ritüelləri (ayinlər, 666 sayı, şeytan, üçbucaq, hər şeyi görən göz və s.) istədikləri hər yerə: binalara, mahnılara, kliplərə, cizgi filmlərə, kino filmlərinə, satılan məhsullara yerləşdirə bilirlər. Beləcə öz inanclarını bir gün bütün dünyaya qəbul etdirmək meylindədirlər. Bu şəkildə cəmiyyətləri dizayn etməyi planlayırlar. Bu dizayn etmə planlarını Müsəlman ölkələrini pozmağda da istifadə edirlər. Bir inancın məhsulu olan "hər şeyi görən göz" az qala hər yerə gizlənmiş vəziyyətdədir.

Türkiyədə STV-nin uşaq kanalı Yumurcak Tv sayəsində, müsəlman uşaqlar, Fransız yazıçı Christine l'heureux və çəkər Helene Desputauxun Caillousunu tanıyır, sevir. Nənəsi gitara çalan, babası vals edən bir uşaq. Mənim nənəm namaz qılar, babam soba yandırar halbuki... Deməm o ki, işi görmək lazımdır. Deməyim o deyilki , birbaşa namaz qılan uşaqların cizgi filmini çəkmək lazımdır, amma, söyləməyə çalışdığım izlənilə bilinən bir iş etmək lazımdır. Necə olacağını bilmirəm, amma tələshik etsək yaxşı olar. Heç olmazsa bundan sonrakı nəsil üçün... 

Cizgi filmlərinin, uşaq inkişafında təlimatçı bir təsirə sahib olmaları lazım olarkən, hər cür mənfi məsələn filmdə iştirak etməsi məni çox narahat edir və öz uşağımın bu cür xətt filmlərlə böyüməsini istəmirəmsə, sizlərin də eyni həssaslıqla hərəkət etmənizi gözləyirəm.

Bu an mənim bildiyim yalnız uşaqlara xas 5 tv kanalı var. Səhərdən axşama qədər yalnız uşaqlar üçün yayım edən bir çox uşaq kanalları var. Hansın günahsız olduğunu qeyd etmək mümkündür? Carton Network (CN) kanalını lütfən açın və uşaqlarınızın yerinə özünüzü qoyaraq izləyin. Yəni bir az da siz görün lütfən!...

Zehnimizi necə qoruya bilərik?

Bu mövzunu baş qarışdırıcı bir mövzu olaraq görənimizdə ola bilər, bu qədər pessimizmə ehtiyac yoxdur diyənimizdə.Amma hər nə deyir olursaq olaq Sionizm, Masonluq bir gerçəkdir. Və Allahın son günə qədər möhlət verdiyi iblisin vasitəçisidir. Sözdən dərhal sıxılan, lazımlı məlumatları duymağa dözümsüz, səbirsiz olan bir millət olduğumuz üçün dərhal xəstəliyi anlayıb diaqnoz qoymadan nəticə istəyirik. Dərmanı nə bunun, həlli nə düşünmək yerinə önümüzə gələnə sonu nə olacaq soruşarıq. Və ən cahil birindən suallara cavab gəlir: "boş ver,belə şeyləri sən ağliva salma..."

Heç kimin başını qarışdırıb pessimizmə itələmək deyil məqsədim. Bu oyunlar və izah etdiklərim nə uydurma, nədə Sionizm bir xəyal məhsuludur. İş yalnız televiziya və ekranlar deyil. Bunlar övladlarımızı əllərinə almaları üçün qurduqları tələlərdən yalnız bir dənəsidir. Bəli, gəncliyimiz təhlükədə. Lakin, qapqara eynəklərlə baxmağın bir faydası yoxdur kimsəyə. Bu lənət ola biləcək cizgi filmlərlə böyümüşük, amma o yaşda belə içərisinə, şüur qatılmış olsa da zərəri toxuna bilməmiş imanlı gənclərimiz də var bizim. Canımızı sıxsada, eşitmək gərəksiz kimi gəlsədə, düşmənin silahlarını tanımadan və dayanıb düşünmədən əsla müvəffəqiyyətə çatmamız gözlənilə bilməz.

Zehnimizi qorumaq üçün televiziya seyr edərkən çox seçici olunması lazımdır. Mümkün olduğu qədər minimalist yaşamaq və texnologiyanı şüurlu istifadə etmək əhəmiyyətlidir. Quran oxumaq da şuuraltının təşkil edilməsi və qorunmasına təsir edir. Günə başlarkən, ya da bir film izləyəcəksənsə, "mən bu filmi izləyərkən yalnız mənə faydalı olanları almaq istəyirəm." deyə təlqin vermək işə yaraya bilər. Ayetel Kürsi oxuyaraq ətrafınızı çevirin və ətrafınızda işıqlı bir qoruma qalxanı olduğunu düşünün.

Xatırlatma

Heç də xoş şeylər olmur dünyada. Amma əvvəl, Tanrı inancı olan hər dindəki (Köhnə Misirlilər filan da daxil) "Dəccal" bənzərli elementləri xatırlatmaq istərdim. Yer üzünə enəcək olan bu şey, insan qılığında olacaq bir şeytandı. Yaratdığı havayla, insanları bir-bir özünə kölə edəcəkdi. Və yer üzünə enəcək olan bir qurtarıcı onu məğlub edəcəkdi. İslama inanan kəslər, qurtarıcının İmam Mehdi (a.s) və İsa (a.s) olduğunu bilir.

Fanatizmin köləsi olmuş, həddindən artıq bir heyranlıqla bir oyunçuya, müğənniyə, yazıçıya bağlı olan sən. Daha fövqəltəbii olacaq olan bu şeytan, yer üzünə endiyində nə edəcksən? Sən, indidən zəif bir məxluqatsan. Sevdiyin müğənninin, oyunçunun, futbolçunun, onun, bunun kiçik bir kopiyasısan. Nə içmək lazımdır, nə yemək lazımdır bilən varsa mənədə desin. Əyləncə düşkünü dünya. Manyaklığın moda olması. Mənə qalsa, nəşr olunan o simvollar və mesajlar kimi şeylərlə, elektron çiplərlə və digər başqa yollarla, insanları gətirəcəkləri son nöqtə bu.

İnsanları banan görmüş meymun kimi edirlər. İnsanları assimilyasiya edirlər. Mədəniyyətləri yox edirlər. Yox olan mədəniyyətlər yerinə, başqa mədəniyyətlər icad edirlər.
 Istehlak canavarı edirlər. Cizgi filmlərdəki hipnoz olmuş insanlara çevirirlər, hansı ki, gözlərində dalğalar firlanara belə. Ana atanız mütləq izah etmişdir və ya yaşın böyüksə sən də bilərsən, bayramdan bayrama paltar alınır və alınan yeni ayaqqabılar yastığın yanına qoyulub yatılardı. Ayağa qalx. Ayağa qalx və qardirobunu aç. 1, 2, 3. ... Nə qədər paltarın var? Əvvəlki zamanlarda insanlar insan deyildirmi? Bir iki paltarla, tər təmiz, parlaq, ütülü filan yaşanırdı. Nə oldu bizə? Bir gecə yatdıq. Qanımıza aşıladılar istehlak canavarlığını. Dərdimiz nə? Özümüzü Nigara, Ayselə, Əliyə, Vəliyə bəyəndirmə səyimiz niyə? "Ay mənim elə bir derdim yox vallah" He o vaxt qara qaşın, qara gözün üçün süsleniyorsun. "Özümə hörmətim var." Şəxsiyyətinə hörmətin harada bəs? Mən də günahkaram bu mövzuda. Mən də istehlak canavarıyam bir cür. Gərəyindən çoxunu istəyirik. Gərəyindən çoxuna ehtiyacımız varmış kimi hiss edirik. İmkan çox, nə edək, deyəcəksən. Köhnədən insanların imkanı yox idi deyə fərz edək, az paltarları var idi. Amma bizdən daha baxımlı, daha təmiz idilər. İmkan çoxluğu üzündən bu qədər geyim var idi? Xeyr. Bu israfçılıq. Biz, istehlak canavarıyız. Nəysə. Bu mesajları bilməyənlər olduğu kimi, bilib inanmayanlar da var. Televiziya deyilən gizli hipnoz vasitəsindən xilas olmağa çalışın. Bazar ertəsi, Çərşənbə axşamı .... hər günün dizisini əzbərdən bilən insanlar tanıyıram. Oturub ailənizlə bir iki lak lak edin bunun yerinə. Hər izlədiyiniz, hər oxuduğunuz şeyə o dəqiqə inanmayın. Araşdırın. Kitab da olsa, qəzet də olsa bu iş belədir. Bir siyasi partiyanın sonsuza qədər köləsi olmayın məsələn. Fikirlər yenilənir, dəyişir və zaman zaman da dövrün gerisinə düşər. Başınızda sizi idarə edən adamların oyunlarına qarşı gözünüzü açıq saxlayın, səssiz qalmayın.

Oyanaq və tamamilə bağlayaq televiziyaları. Evimizdən çıxaraq. Hətta pəncərədən aşağıya ataq. Mənim etdiyim yalnız bir qığılcım olsun sizlər üçün. "Televiziyaya Xeyr!" deyək birlikdə... Özümüzü və uşaqlarımızı Subliminal Filmlərdən və seriallardan uzaq tutmağın, kino kefinə ara verib evimizdəki TV-ləri bağlamağın vaxtı gəldi.

Allahın izni ilə: İNANC keçidən süd çıxardar, ŞÜURLU İMAN isə üzərimizdəki bütün oyunların təsirini itirər ...
Çox xaiş edirəm məqalələrimi tanıdıqlarınızada bildirin ki, baş verənlərdən xəbərdar olsunlar.


P.S. Açılmayan videolara baxmaq üçün videonun üstündəki linkə vurub youtube saytının özünə keçməklə baxa bilərsiniz. Yenə açmasa youtube-də qeydiyyat lazımdır deməli.
Views: 1575 | Added by: NuRLaN | Rating: 4.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: