Sunday, 05.19.2024, 5:34 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  May 2012  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » May » 8 » “Avrupa, Avrupa”nın heyəti Azərbaycanlı sənətçilərlə birgə teleserial çəkmək niyyətindədir
4:32 PM
“Avrupa, Avrupa”nın heyəti Azərbaycanlı sənətçilərlə birgə teleserial çəkmək niyyətindədir
Üç gün Bakının qonağı olan "Avrupa, Avrupa” teleserialının çəkiliş qrupu Türkiyənin ölkəmizdəki səfirliyində mətbuat konfransı keçirib. Tədbirdə Türkiyənin respublikamızdakı səfiri Hulusi Kılıç "Avrupa Avrupa”nın Bakıdakı çəkilişlərini yüksək qiymətləndirərək, bu əməkdaşlığını təqdir etdiyini bildirib. 

Teleserialın prodüseri Banu Akdeniz serialın çəkilişlərinin İçərişəhərdə, Nizami və Sahil parklarında, Park Bulvarda, Şəhidlər xiyabanında aparıldığını vurğulayıb. "Bir millət, iki dövlət” məntiqi ilə fəaliyyət göstərdiklərini qeyd edən Banu xanım Azərbaycanı çox sevdiyini və imkan olan kimi bura bir daha gələcəyini söyləyib. Teleserialın Bakıda çəkilən seriyası haqqında məlumat verməyən Banu Akdeniz maraqlananları "Avrupa, Avrupa”nı izləməyə dəvət edib.

Hər birimizin "Kurtlar vadisi” teleserialından Testere Necmi kimi tanıdığımız Tarık Ünlüoğlu isə Bakının çox gözəl şəhər olduğunu deyib. İlk dəfə 1986-ci ildə burada olduğunu xatırladan Türkiyənin sevimli aktyoru hazırda daha fərqli, daha çox inkişaf etmiş bir şəhərin şahidi olduğunu vurğulayıb. "Avrupa, Avrupa”nın bir başqa aktyoru Selen Seyvan isə Bakıda özünü evlərindəki kimi hiss etdiyini bildirib.

Teleserialın rejissoru Şafak Bal uşaqlıqdan Azərbaycan musiqiləri ilə böyüdüyünü və burada olmağı çox arzuladığını qeyd edib: "Nəhayət ki, arzularım gerçəkləşdi”. Türkiyəli qonaqlar gələcəkdə azərbaycanlı sənətçilərlə birlikdə ortaq teleserial çəkmək niyyətində olduqlarını da bildiriblər.

Qeyd edək ki, "Avrupa, Avrupa” TRT kanalının ən çox izlənilən teleseriallarından biridir. Azərbaycanda da bu teleserialı izləyənlər çoxdur. Məlumat üçün bildirək ki, Bakıda çəkilən seriyada türkiyəli aktyorlarla yanaşı, azərbaycanlı sənətçi Aslan Şirin və ölkəmizdə fəaliyyət göstərən türkiyəli teatr aktyoru Rasim Aşın da çəkiliblər. Serialın çəkilişini tamamlayan heyət dünən Türkiyəyə qayıdıb.
Views: 277 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: