Sunday, 05.19.2024, 0:25 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  November 2012  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » November » 12 » Adı "milyarderlər" siyahısında yer alan həmyerlimiz
0:10 AM
Adı "milyarderlər" siyahısında yer alan həmyerlimiz
Adı "milyarderlər" siyahısında yer alan həmyerlimiz


Azərbaycanlı iş adamı Vahid Ələkbərov 12,4 mlrd. dollar sərvəti ilə siyahıda 72-ci yerdə qərarlaşıb

"Bloomberg” dünya milyarderlərinin yeni siyahısını dərc edib. 200 nəfərlik siyahıda Rusiyanın ən zəngini 18 mlrd. dollarlıq sərvəti ilə özbək əsilli iş adamı Əlişir Usmanov olub. Dünya milyarderlərinin siyahısına isə 77,5 mlrd. dollarlıq sərvəti ilə yenə də mekshikalı maqnat Karlos Slim liderlik edir. "Bloomberg”in 200 nəfərlik zənginlər siyahısına bu il Rusiyadan 20 iş adamı daxil olub. Əlişir Usmanov İngiltərənin "Arsenal” futbol klubunun sahiblərindən biri, nüfuzlu "Kommersant” qəzeti və "Metalloinvest”in sahibidir. Rusiyanın ikinci zəngini isə 16,9 mlrd. dollar sərvətlə Leonid Mixelson olub. 57 yaşlı rus iş adamı dünya zənginlərinin sıralamasında 42-ci yeri tutub. Ondan sonrakı yeri 16,8 mlrd. dollar sərvətə malik Viktor Vekselberq tutur. "Renova Qrup”un sahibi dünya zənginlərinin siyahısında 43-cü yerdə qərarlaşıb. Ötən il 24 mlrd. dollarlıq sərvəti ilə Rusiyanın ən zəngin iş adamı olan Vladimir Lisin son iki il ərzində 8 mlrd. dollar itki verib. 16,7 mlrd. dollar sərvəti ilə Rusiyanın 4-cüsü olan V.Lisin dünya zənginlərinin siyahısında 44-cü yeri tutub.

"Severstal” polad şirkətinin sahibi Aleksey Mordaşov 15 mlrd. dollarlıq göstərici ilə Rusiyanın 5-cisi, dünyanın 48-cisi olub. "Çelsi” futbol klubunun sahibi Roman Abramoviç isə 14,7 mlrd. dollar sərvəti ilə dünyanın 51-ci zəngini olub. Dünya zənginlərinin siyahısına Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Vahid Ələkbərov da daxil olub. "LukOil”un prezidenti 12,4 mlrd. dollarlıq sərvəti ilə dünya zənginlərinin siyahısında 72-ci, Rusiya milyarderlərinin siyahısında isə 10-cu yerdə qərarlaşıb.

Bundan başqa, Rusiyadan dünya zənginlərinin siyahısına Mixail Fridman (14,4 mlrd. dollar), Vladimir Potanin (13,8 mlrd. dollar), Andrey Melniçenko (12 mlrd. dollar), Oleq Deripaska (10,5 mlrd. dollar), German Xan (9,8 mlrd. dollar), Dmitri Ribolovlev (9,3 mlrd. dollar), Aleksey Kuzmiçev (7,6 mlrd. dollar), Sergey Qalitski (7,5 mlrd. dollar), İsgəndər Mahmudov (7,2 mlrd. dollar), Vladimir Yevtuşenkov (6,7 mlrd. dollar), Süleyman Kərimov (6,6 mlrd. dollar) və Leonid Fedun (6 mlrd. dollar) daxil olublar.
Views: 1254 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: