Sunday, 05.19.2024, 0:10 AM
Main Registration RSS
Welcome, Guest
Site menu
Your National flag
Mental Health News
Social bookmarks
bbc cnn.com
EBAY SEARCH
3DPregnancy
OneBox
Yahoogle
Uploading of files
Calculator
Love Quote of the
OUR POLLS
Rate my site
Total of answers: 46
Statistics

Total online: 1
Guests: 1
Users: 0
Login form
Search
Calendar
«  January 2012  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Ralph Waldo Emerso
downloader
BBCRussian.com
Miniclip Game - Pa
New York Times New
3D Maze (Maximizab
Photo of the minut
Website existence
Main » 2012 » January » 5 » 2012-ci ildə nə(lər) olacaq? (1)
3:45 AM
2012-ci ildə nə(lər) olacaq? (1)
2012-ci ildə nə(Lər) olacaq...? (1)
Dünya diqqətə çarpan bir dəyişmə yaşayır. Bəlkə Mayyaların 21 dekabr 2012-ci il fenomeni ilə də əlaqələndirilə biləcək bu fikirlər bilmədiyimiz və ya fərqində olmadığımız bir hadisə üçün zəmin hazırlayır ola bilər. Artıq biz insanlarda tez-tez dəyişən, vərdiş etmədiyimiz havaya, sellərə, ani şiddətli soyuqlara qarşı nələr olur? Heç belə olmamışdı kimi ifadələrlə reaksiyalar verməyə başlamışıq.
2012-ci ildə Nə(lər) Olacaq...?

Həqiqətəndə nələr olur dünyamıza?
Nələr ola biləcəyinə baxmadan əvvəl gəlin dəyişikliyi düşündürən hadisələrə baxaq.

MAYYA KƏHANƏTİ
Fəlakət dəllallığından kənar əgər bir fəlakət reallaşacaqsa buna hazırlıqlı olmaq məqsəddir. Çünki mədəniyyətimizi davam etdirmək hər cür məqsədin üzərindədir. Fərdi düşünməyi bir kənara buraxıb cəmiyyət olaraq ortaq dəyərlərimizi ön plana daşımalıyıq. Bu mütləq bir fəlakət olacaq deyə deyil həyat keyfiyyətimizi artırmaq və həqiqətən "gələcəyimizə" yaşana bilər bir mədəniyyət üçün lazımlıdır.
Əslində tam olaraq 21 dekabr 2012 (və ya bəzilərinə görə 22 dekabr) tarixi və sonrası olaraq ifadə edilən fenomenin çıxış nöqtəsi keçmiş bir Cənub Amerika mədəniyyəti olan Mayyaların istifadə etdiyi təqvim sistemidir. Xüsusilə 1990-cı illərdən sonra inkişaf edən bu mövzu haqqında ən ciddi araşdırmalardan birini Amerikalı tədqiqatçı John Major Jenkins etmiş və bunu 1997-ci ildə nəşr etdiyi "Maya Cosmogenesis 2012" adlı kitabda ortaya qoymuşdu. İndi detallarıyla araşdıraq.

Mayya Təqvimi
Mayyalar çaşdırıcı bir astronomiya məlumatına sahib bir mədəniyyət idi. Yalnız Günəş Ay və Mars kimi bu gün həvəskar müşahidəçilərin də müşahidə edə bildiyi yaxın cisimlərlə deyil az qala bütün uzaq ulduzları ulduz qruplarını və bunların hərəkətlərini müşahidə etmişdilər. Hətta bu müşahidələri sayəsində bir ili bizim bu gün super kompüterlərlə hesabladığımız müddətdən milyonda bir səhv payı ilə hesablamışdılar. Zamanı ölçmədə həssas hesablara çatmaq üçün dövrlərdən və iki ayrı təqvimdən faydalanmışdılar. Bunların ilki "müqəddəs təqvim" olaraq bilinən və 20 günlük 13 aydan ibarət olan
 "Tzolkin" (Gün Sayımı) deyilən dövrdür. Bu dövr 13 rəqəm və 20 adın meydana gətirdiyi kombinasiyaları ehtiva edər və 260 gündəlik müddətin bitmə günü "13 Ahau"dur. "Haab" adını daşıyan bir ikinci təqvim bu gün bizim istifadə etdiyimiz günəş təqviminin çox bənzəridir və yenə 20'günlük 18 aydan ibarədir. "Uinal" olaraq adlandırılan bu 20 günlük ayların cəmi 360 gün edir və Mayya zaman ölçümündə buna "tun" adı verilir. Normal günəş ili üçün lazımlı olan 5 artıq gün 5 tanrının adıyla "tun"a əlavə olunar (eyni Misir və Sümerdə olduğu kimi!) Hər iki dövrün gün ədədləri ancaq 52 günəş ili sonra bərabərləşir. Tzolkin ilə Haabın bitmələri eyni günə tuş gəlir yəni Tzolkinə görə 13 Ahau günündə Haab da sona çatmışdır. Və digər dövrləri bu şəkildədir:
GÜN SAYI ADI
1 Kin
20 Uinal
360 Tun
7200 Katun
144000 Baktun

Mayyaların əfsanəvi "Long Count" yəni "Uzun Hesab" dedikləri müddət 13 Baktuna bərabərdir (1.872.000 gün = 512536 günəş ili) Mayya tarixində "başlanğıc" olaraq təyin olunmuş nöqtəni bilməzsək yuxarıdakı hesabı edə bilmərik. Bizim təqvim sistemimizə görə bu an İsanın doğulduğu fərz edilən ildir. Gregoryen təqvimində biz bu ili "0" olaraq qəbul edir və əvvəlini sonrasını buna görə hesablayırıq. Mayyalarda da bu tarixin başlanğıcı 0.0.0.0.0 günü olmalıdır; yəni hər şeyin başlanğıc nöqtəsi Arxeoloji tapıntılar və Karbon-14 üsulu köməyiylə ilkin tarixi bizim təqvimimizə görə böyük bir qətiliklə təyin olunan bir neçə məbəddə (İzapa Chichen Itza və Monte Albanda) Mayya rahiblərinin quruluş tarixini sənədləşdirən Uzun Hesab tarixləri də tapılmış və yanılma payıyla birlikdə Miladdan əvvəl 11 Avqust 3114 tarixi 0.0.0.0.0 nöqtəsi olaraq təsbit edilmişdir. Və buna görə 13.0.0.0.0 tarixi 21 dekabr 2012 gününə uyğun gəlir...
NÜMUNƏ
"11 . 2 . 5 . 1 . 4 "
"11 baktun 2 katun 5 tun 1 uinal və 4 kin"
--------------------------------------------------------------------------------
11 x 144.000 + 2 x 7200 + 5 x 360 + 1 x 20 + 4 = 1600224
--------------------------------------------------------------------------------
1 Günəş ili = 365242
1600224 / 365242 = 438127
--------------------------------------------------------------------------------
"11 . 2 . 5 . 1 . 4 "
438127 İL EDİR.
--------------------------------------------------------------------------------

O günün xüsusiyyəti nədir..?
Bilindiyi kimi 21 dekabr tarixi ilin ən qısa günüdür. John Major Jenkins 21dekabr 2012də səmada yaranan astronomik mövqelərin olduqca qeyri-adi birləşmələrə işarə edir. Bunların ən əhəmiyyətlisi planetlərin və Ayın üzərində hərəkət etdiyi "Ekliptik" olaraq adlandırdığımız "tutulam çevrəsi"nin tam 21 dekabr günü Samanyolunun dünyadan görülən ekvatorial xəttiylə kəsişməsidir. Bu kəsişmənin müasir astronomik ölçümlərə görə "qalaktikamızın mərkəzi" olduğu təyin olunan nöqtədə (super qara dəliklərdən biri olduğu düşünülür.) reallaşması bu tarixi daha da maraqlı edir. Amma daha maraqlısı 21 dekabr günü Günəşin də tam "gündönümü" əsnasında bu nöqtəylə eyni xəttə gəlməsidir. Astronomik deyişlə "Gündönümü Günəşi" Ekliptik ilə Samanyolu qurşağının "qalaktika mərkəzi" olduğu təyin olunan nöqtəylə eyni xəttdə kəsişdiyi koordinata yerləşir. Bu birləşmə Mayyalara görə "Günəşlər" olaraq adlandırdıqları dövrələrin beşincisinin nöqtələnildiyi anı təyin etməkdədir. Və buna görə dünyanın keçmişi 13 Baktun’luq(aşağı yuxarı 5125 il) dövrələrdən meydana gəlir və bunların hər birinin bitimi dünya üçün radikal dəyişmələr və böyük yeniliklər ehtiva edir. İçində olduğumuz dövrə Mayyalara görə beşinci və son dövrdür və 13.0.0.0.0 tarixində sona çatacaq. Bizim təqvimimizə görə haqqında danışılan bu tarix 21 dekabr 2012yə uyğun gəlir...

Mayyaların bu günə bağlı uzaqgörənlikləri və ya kəhanətləri isə həqiqətən təəccüblüdür. Buna keçmədən əvvəl bir məlumatı daha vermək lazımdır. İçində olduğumuz qalaktika milyonlarla ulduza sahib olmasına baxmayaraq qalaktikamızın mərkəzi olaraq göstərilən nöqtə ulduz miqdarının çox seyrək olduğu bir nöqtədir. Təxminən 25800 ildə cəmi 4 dəfə (dünyanın presession müddəti) qalaktika mərkəzimizlə
1 Zamanın və kosmosun ürəyindəki qapı açılacaq
2 Kainat yenidən doğulacaq yenidən yaradılacaq
3 Dövrün sıfır nöqtəsinə çatacağıq toplu ruhi doğuş anı
4 İnsan sivilizasiyası səviyyəsində məsuliyyəti öz üzərinə götürmələrimiz və əsas dəyərlər səviyyəsində dəyərləri nümayiş etdiriləcək və bizim,kollektiv şüur altında aparılan dəyərləri qavramaq üçün imkanımız olacaq

Bizim sadə təbiətimiz tərs üz olacaq.
Əslində tək əhəmiyyətli tarix 21 dekabr deyil 2012 ili üçün. Mayyaların astronomiya təcrübələrində Öküz bürcündəki Pleiades qrupunun ayrı bir əhəmiyyəti var. Bu ulduz qrupunun səmanın təpə nöqtəsindən ("Zenit" nöqtəsi) keçişi Mayyalar üçün əhəmiyyətli bir hadisə idi və ümumiyyətlə Tzolkin ilə Haabın son günlərinin üst-üstə düşdüyü 52 illik dövrün sonunda yaşandığı üçün də çoxuyla əhəmiyyət verilərdi. Monte Albandan İzapaya qədər bir çox şəhərdə səmanın təpə nöqtəsini müşahidə etmək üçün xəttlənmiş şaftlara sahib strukturlar tapılmışdır. Bu müşahidə nöqtələrində başını yuxarı qaldırıb müəyyən bir anda dar şafttan səmaya baxan müşahidəçi yalnız Zenit nöqtəsini görərdi. Mekshikanın cənubunda İzapanın olduğu paralel üzərində Günəş - Pleiades görüşməsi presesyon təsirindən müstəqil olaraq hər il yaz gecə-gündüzün bərabərliyisindən 61 gün sonra reallaşar. İndiki vaxtda bu tarix Günəşin Öküz Bürcünə girdiyi 20 May tarixinə bərabər gəlməkdədir. Bu görüşmə Zenitdə reallaşsa..? May 2000dəki planet düzülməsini xatırlayacaqsınız. Amma ondan çox daha əhəmiyyətli bir şeyi əksəriyyətimiz bilmirik Mayyalar tərəfindən əhəmiyyətli olduğu kifayət qədər vurğulanan gün Günəş - Pleiades - Zenith görüşməsidir və bu astronomik hadisənin reallaşma tarixi də 20 May 2000ci ildir. Mayyalar 13 Baktunun əvvəlinə bərabər gələn bu astronomik görüşməni bir müddətin başlanğıcını işarələmək üçün istifadə etmişdilər...Məşhur Kukulkan piramidasının təpəsində doğrudan Zenithə yönəldilmiş zınqırovlu ilan quyruğu formasında bir sütun yer alır Zınqırovlu ilanın quyruğundakı "zınqırov" işarələri Mayya mədəniyyətində Pleiadesin simvoludur. Zınqırovun bir az aşağısında "Ahau yüzü" olaraq adlandırılan bir qabarma vardır və bu da Günəşi işarələməkdədir. Bir bütün olaraq Kukulkan piramidasının təpəsindəki şəkil Günəş - Pleiades - Zenith görüşməsinə işarə edir.
Views: 388 | Added by: NuRLaN | Rating: 5.0/1
Total comments: 0
Name *:
Email *:
Code *: